“Retro Bakı”dan
növbəti konsert proqramı
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin “Retro Bakı”
layihəsi növbəti
konsert proqramı ilə Qurban bayramı ərəfəsində
paytaxt sakinlərinin və qonaqların görüşünə gəlib.
İdarənin Mədəni tədbirlərin
təşkili və yaradıcı gənclərlə
iş üzrə mərkəzinin təşkilatçılığı
ilə keçirilən
konsertlərdə ötən
həftəsonu müğənnilər
Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Kübra Hüseynova, Firuzə Quliyeva, Mirsərhəd Həbibi, Eminağa Sadıqov, Nizami Nikbin, Nigar Süleymanova, Mircabbar Cabbarov, “Azad” və “Səma” rəqs qrupları rəngarəng çıxışları
ilə hər kəsə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Həmçinin bu həftə
“Avto retro” klubu retro maşınların və
Azərbaycan milli mətbəxində istifadə
olunan əşyaların
sərgisini təqdim edib.
Qeyd edək ki,
“Retro Bakı” layihəsinin tədbirləri
hər həftəsonu - şənbə və bazar
günləri axşam saatlarında Fəvvarələr
meydanında keçirilir. Konsert
proqramları oktyabrın ortalarınadək davam
edəcək.
Mədəniyyət.- 2016.- 16
sentyabr.- S.8.