İslam Manafovun albomu alman şirkəti tərəfindən
satışa çıxarılıb
Türkiyənin İstanbul şəhərində yaşayan soydaşımız, tanınmış pianoçu İslam Manafovun klassik əsərlərdən ibarət ilk CD albomu musiqisevərlərin ixtiyarına verilib.
Albomda pianoçunun ifasında böyük romantik bəstəkar Frederik Şopenin əsərləri yer alıb. CD-ni Almaniyanın “Solo Musica” şirkəti satışa çıxarıb.
Pianoçu soydaşımız qeyd edib ki, bu albom Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə onun sənət töhfəsidir.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 16
sentyabr.- S.10.