Cəlil Məmmədquluzadənin
“Ölülər”i gürcü dilində
nəşr edilib
Sentyabrın 14-də Azərbaycandakı Atatürk Mərkəzində görkəmli Azərbaycan yazıçısı, maarifçi Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasının gürcü dilində nəşrinin təqdimatı keçirilib. Əsəri gürcü dilinə Anna Bartkulaşvili tərcümə edib.
Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, gürcü, Azərbaycan və rus dillərini mükəmməl bilən Anna Bartkulaşvili gürcü və Azərbaycan yazıçılarının çoxlu şeir və nəsr əsərlərini tərcümə edib. Onun indiyə qədər “Sehrli körpü”, “Dirili Qurbani” və digər kitabları nəşr edilib.
Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, ziyalıların cövhəri məhz Anna Bartkulaşvili kimi insanlardır. O, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini gürcü dilinə tərcümə etməklə bir daha öz ustalığını nümayiş etdirib.
Digər çıxış edənlər də A.Bartkulaşvilinin ədəbi fəaliyyətini yüksək qiymətləndirib, ona yeni uğurlar arzulayıblar.
Qeyd edək ki,
“Elm və təhsil” nəşriyyatında
300 tirajla işıq üzü
görən kitab Gürcüstanın ədəbi
və mədəniyyət təşkilatlarına göndəriləcək.
Mədəniyyət.- 2016.- 16
sentyabr.- S.15.