"Dərs”
beynəlxalq festivalda
“Ən yaxşı
film” oldu
Rejissorlar
Rafiq Əliyev və Cavid Təvəkkülün
“Dərs” bədii filmi Rusiyanın Krasnodar diyarının Anapa şəhərində keçirilən
25-ci “Kinoşok” beynəlxalq
film festivalının “KinoMalıŞok”
proqramının “Ən
yaxşı film” nominasiyasında
qalib olub.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından
bildirilib ki, MDB ölkələri, Latviya,
Litva və Estoniyanın iştirak etdikləri festival sentyabrın
3-dən 10-dək davam edib.
“Dərs” filmi
festival çərçivəsində Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında
nümayiş etdirilib.
Məktəb həyatından, yeniyetmələrin
qarşılıqlı münasibətlərindən,
dostluğa və həyata baxışlarından
bəhs edən bədii film 2015-ci ildə
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında
lentə alınıb.
Filmin ssenari müəllifləri
Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu
rəssamı Fikrət
Ələkbərov, bəstəkarı
Tünzalə Ağayeva,
icraçı prodüseri
Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları
Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova
və digərləri
canlandırıblar.
Mədəniyyət.- 2016.- 16
sentyabr.- S.16.