İki filmimiz beynəlxalq
festivalda
Elçin Musaoğlunun “Nabat” və Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” filmləri Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək “Didor” beynəlxalq film festivalına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, hər iki film festivalın müsabiqə proqramına daxil edilib. Festival oktyabrın 16-da başlanacaq.
“Nabat” bədii
filminin ssenari müəllifləri
Elxan Nəbiyev və Elçin
Musaoğlu, quruluşçu
operatoru Əbdülrəhim Beşarat, quruluşçu
rəssamı Şahin Həsənli, bəstəkarı
Hamed Sabet,
icraçı prodüseri Arif
Səfərov, prodüseri Müşfiq
Hətəmovdur. “Dmitrov küçəsi
86” qısametrajlı bədii filmi “4.1
şəhər motivləri” kinoalmanaxına daxildir.
Filmin ssenari müəllifi Cəfər Axundzadə, quruluşçu operatoru
Əlişir Həmidhocayev, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı
Rüstəm Zeynallı, icraçı prodüseri
Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”)
və İradə Bağırzadədir (“Adari
films”).
Mədəniyyət.- 2016.- 21
sentyabr.- S.3.