Astanada kitabxanaçıların beynəlxalq konqresi keçirilib

 

 

5-16 sentyabr tarixində Astanada Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş kitabxanaçıların beynəlxalq konqresi keçirilib.

Tədbirdə Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Moldova, İran və digər ölkələrdən məruzəçilər çıxış ediblər. Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova "Azərbaycan Milli Kitabxanası və XXI əsrin oxucusu" adlı məruzə ilə çıxış edib.

Konqresdə "Müasir dünyada uşaq ədəbiyyatı: mütaliə vasitəsilə dünyanın, dillərin və mədəniyyətlərin dərki", "Biblioqrafiya: vəziyyəti və müasir inkişaf tendensiyaları", "Milli elektron kitabxanalardünya informasiya mühiti" və s. mövzular müzakirə edilib.

Konqresin ikinci günü Qazaxıstan Milli Akademik Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının XIX ümumi iclası keçirilib. İclasda Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova və Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva iştirak edib.

Avrasiya Kitabxanalar Assambleyasının elektron kitabxana layihəsi, quruma yeni üzvlərin qəbulu, üzv ölkələrin kitabxana mütəxəssisləri üçün kursların təşkili və s. məsələlər müzakirə edilib. Növbəti iclasın 2017-ci ilin oktyabrında Belarusun paytaxtı Minskdə keçirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.10.