Azərbaycan
şəhərciyi: “I love Baku”
brendi ziyarətçilərin diqqətini
daha çox cəlb edir
Parisin
mərkəzində, Eyfel qülləsinin
yanında açılmış və Heydər Əliyev Fondunun ən uğurlu
layihələrindən biri olan “Azərbaycan şəhərciyi
fransızların və bu şəhərdəki
turistlərin sevimli məkanına çevrilib. Jofr
meydanında yerləşən “Azərbaycan şəhərciyi”ndə
ölkəmiz, onun tarixi
və mədəniyyəti, adət-ənənələri, müasir həyatı ilə yaxından
tanış olmaq mümkündür.
2014-cü
ildən etibarən artıq 3-cü ildir ki, reallaşdırılan layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə
“Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib.
Şəhərcikdə
qonaqlara Azərbaycanın ilk
rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” təqdim olunur. Bu bölmədə
milli ənənələrimizdən qaynaqlanaraq müasir zövqü oxşayan
müxtəlif suvenirlər əldə etmək olar.
“I love Baku” ölkəmizin tanınmış
ilk hədiyyə və
suvenir brendidir. Brendin adət-ənənələrimizi
əks etdirən hədiyyə və suvenirləri ziyarətçilərin
diqqətini daha çox cəlb edir. Brendin suvenirləri üzərində
Qobustan petroqrifləri,
Azərbaycan xalçaçılıq
motivləri, qədim miniatürlərimiz əks
olunur.
Bu gün “I love Baku” stendinin qonaqları arasında gənc istedadlı rəssam Məryəm Ələkbərli də olub.
Şəhərciyin kitabxana zonasında ziyarətçilərin ölkə
barədə təəssüratları
bir qədər də zənginləşir. Burada Heydər Əliyev
Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri nümayiş
etdirilir və qonaqlara hədiyyə olunur.
Şəhərcikdə milli mətbəx
ənənələrini təbliğ
edən Heydər Əliyev Fondunun “Azərbaycan mətbəx mədəniyyəti” adlı
yeni nəşrində
yer alan
şəkillərin müəllifi
Fransada yaşayan tanınmış amerikalı
fotoqraf Peter Lippmanndır.
“Azərbaycan şəhərciyi”ndə
ilk dəfə olaraq “Qız qalası” Beynəlxalq İncəsənət
Festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra
ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir.
Bu dəfə Parisdə
təşkil olunan VII
“Qız qalası” festivalı zamanı 4 fransız və 2 azərbaycanlı rəssamın
əl işi olan “Qız qalası” maketləri sərgilənir.
Şəhərciyin ziyarətçiləri gündən-günə
artır. Sentyabrın 25-dək şəhərcik fəaliyyətini davam etdirəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Mədəniyyət.- 2016.-
23 sentyabr.- S.12.