Həyat həqiqətləri ustadı

 

 

Sovetizmin yalan-plan çağlarında “Yalan həyatımızın bəzəyidir” yazmış Sabit Rəhman

 

Ömrü boyu heç bir ümum-ictimai işdən qıraqda qalmamağa çalışmış bu sənətkar həm də olduqca məhsuldar, təəccüb doğuracaq qədər universal, qibtə ediləcək dərəcədə səmimi idi. Məsələn, bu görkəmli ədib neçə-neçə tələbə ilə də dostluq edib. Bu xisləti-dram adam həddən ziyadə, dövrünün ən baş istehsal-iqtisadi terminlərindən olanplan və öhdəlikdən” artıq realist idi. Misalçün, müqtədir qələmilə saysız-hesabsız “ üz”lər açmış bu ustad “xatirələr” ilə özçöl üz”ünə də toxunub: “Hər səhər güzgüdən mənə... filan-filan-filan (“eksklüzivi-kursiv mənimdir - T.A.) görünüşlü bir adam baxır”...

 

Bu adam kim?..

 

Öncə şəxsi plandan - tərcümeyi-halında “pasportlaşmışlar”dan başlayaq: 1910-cu il sentyabrın 23-də Nuxada (təbii ki, indiki Şəkidə) doğulan, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülən, adı Şəki Dram Teatrına, oradapaytaxtda küçələrə verilən, məşhur nəğməkar Eminin atası və 1970-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda uyuyan böyük Azərbaycan ədibi.

Bəs ümumən kim?..

Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi felyetonlarla başlayan bu sənətkar az keçmiş bədii-xarakterial ümumazərbaycan obrazının yaradıcılarından, milli komediya xəzinəmizin banilərindən hesab edildi. Bu məqamda onun müəllifi olduğu - dünyaca məşhur “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, Ulduz” filmlərinin ssenarilərinin, librettosunu qələmə aldığı “Yeddi gözəl” baletinin, böyük sənətkarlıqla yazdığı “Şirin bülbül”, “Mir Qasımın macəraları”, “Mirzəkələntər”, “Xəyalplov”, “Nikolay taxtdan düşdükimi hekayələrinin, “Vəfasız”, “Son faciə” povestlərinin, “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir” və s. pyeslərinin adlarını çəkməmək olmaz.

Azərbaycan ədəbiyyatının böyük bir dövrünün formalaşmasında ciddi rolu olan S.Rəhman qırx illik yaradıcılığı ərzində onlarla hekayə, xeyli sayda felyeton, şeir, komediya, povest, roman, kinossenari, musiqili komediya, librettos. janrlarda yazmaqla bahəm, həm də satirik, lirik, lirik-satirik komediyaları ilə Azərbaycan dramaturgiyası tarixində müəyyən dərəcədə dinc yol gəlmiş satirayumoru, ədəbi-bədii gülüşü xeyli “nadinc”ləşdirmiş, onların ictimai təsir dozasını ədəbi əndazələr səviyyəsində çatdırmağa nail olmuşdur.

Bakı Ali Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsində oxuduğu vaxtdan başlayaraq bir sıra qəzet və jurnallarda (“Molla Nəsrəddin”, “Kommunist”, “Gənc işçi”, “Yeni yol”, “Dağıstan füqərası”, “Nuxa fəhləsi” və s.) müxtəlif səpkili məqalə, şeir, felyetonlarla çıxış edir. 1932-ci ildə çap etdirdiyiŞirin bülbül” və "Pozğun" kitabları ədəbi mühitdə maraqla qarşılanır. Bundan ruhlanaraq qələmə aldığı “Vəfasız” povesti isə ədəbi tənqidin çox sərt reaksiyası ilə üzləşir və hətta müəllif Bakını tərk etməyə məcbur olur. Bu “məcburiyyət” onu doğulduğu rayondakı Maşın-traktor stansiyasında işləməyə, kənd həyatını (sonralar qələmə alacağı Əliqulu, Kərəmov kimi tipologiyaları) öyrənməyə aparır və o, yalnız Azərbaycan sovet yazıçılarının I qurultayında iştirak etməsi barədə teleqram aldıqdan sonra Bakıya qayıdır.

Teatrlarda bədii hissə müdiri kimi çalışması onu teatr aləminə, iki il Moskvada ssenari kursunda təhsil alması kino sənətinə bağlayır. “Toy” və “Xoşbəxtlər” komediyalarının uğuru bu sənətkara, belə demək mümkünsə, “səhnədəndüşməz dramaturqtaleyi də bəxş edir; 1945-1970-ci illər ərzində qələmə aldığı əlliyədək maraqlı əsər içərisində “Aşnalar”, “Aydınlıq”, “Nişanlı qız”, “Əliqulu evlənir”, “Yalan”, “Dirilər”, “Hicrankimi ümumovqat dolu səhnə nümunələrilə milli komediya poetikamıza özünəməxsus yenilik və zənginlik gətirmiş olur.

S.Rəhman əcnəbi tənqidçi və oxucuların da qiymətləndirdiyi sənətkarlarımızdan olub. “Toy” komediyasını oxuyub heyrətlənən A.Qlebov yazır: “S.Rəhmanın komediyalarında gənc Şekspir komediyalarını xatırladan dipdiri bir ruh, coşqun bir nikbinlik var”.

Bu bənzərsiz yazıçı hekayə, povest və romanlarında (“Nina”, “Böyük günlər”) nə qədər “idillik”, ədəbi-bədii, hissi-duyğusaldırsa, komediyalarında bir o qədər həyati, aktiv-substantivdir. O hər bir satirik-yumoristik situasiyanı mümkünlüyün son mərhələsinə çatdırmağa çalışmaqla yanaşı, səhnə arsenalına məxsus müxtəlif bədii jest, təbəssüm, gülüş, rişxənd, qaş-göz... kimi klassik elementlərlə sinxronlaşdırdığı söz ilə onların alındığı məkanın, deməli, teatr səhnəsilə həyat səhnəsi arasında özünəməxsus duallığa da nail olurdu. Məsələn, müəllifin “Yalan” komediyasında personajlardan birimüdirin “yenə yalan?” replikasına “Yalan həyatımızın bəzəyidir!” deyə cavab verir.

Yuxarıda toxunduğumuz kimi, yaradıcılığa böyükMolla Nəsrəddin” erasının ikinci onilliyində (16 yaşındaykən C.Məmmədquluzadə ilə görüş-tanışlıqdan bir il sonra) felyetonla başlayan, xatirələrində: “Mən “Molla Nəsrəddin”ə, əsasən, “Şeyx Samit” imzasıyla yazırdım, göndərdiyim felyetonlar bir kəlməsi dəyişilmədən çap olunurdukimi qeydləri olan S.Rəhmanın sonrakı uğurlu ədəbi səviyyəyə çatması təbii idi. Bu səviyyəni neçə illərdi maraqla oxuduğumuz əsərləri, sevə-sevə seyrlədiyimiz kino-ssenariləri, bəzən uğuna-uğuna tamaşa etdiyimiz komediyaları ilə bahəm, neçələrindən biri olan akademik M.Arifin qənaəti də qiymətləndirmədə: “S.Rəhman yaradıcılığında bir tərəfdən C.Məmmədquluzadə, o biri tərəfdən Ə.Haqverdiyev fəhmliyi və kinayəsi çağlayır”.

Müəllifin 60-70 il bundan öncələr qələmə aldığı, lakin ən müasir oxucu və tamaşaçıların da xeyli yaxından bələd olduğu əliqulular, kərəmovlar öz təsir və “təfsir” güclərini bu gün də saxlayırlar. Lakin, zənnimizcə, onunYalan” komediyasının konflikti daha dərin fəlsəfi kökləri hədəfləməkdədir. Nədən ki, insanlar öz universal imiclərini dəyişir, yalanlar, ictimai-sosial tərkibli qəbahətlər isə, formaca müəyyən deformasiyalara uğrasalar da, məzmun-mahiyyətcə öz “kökən”liklərini saxlayırlar.

Yazımı başa vurmaq istədiyim bu macalda böyük ədibimizin öz xatirələrində toxunduğugüzgü” məsələsi xəyalımda yenidən canlandı və fikrimdə belə bir qənaət alındı: Sabit Rəhman əfəndi Azərbaycan dünyamızı müsbətli-mənfili əks etdirən canlı bədənnüma aynası olaraq yaşayacaq...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.15.