Üzeyir Hacıbəyli musiqi festivalı davam edir

 

 

Heydər Əliyev Fondunun Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir.

Sentyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına simfonik orkestrinin Cahangir Cahangirov adına xorun (bədii rəhbər - Əməkdar artist Ramil Qasımov) iştirakı iləMusiqi çələngiadlı konsert oldu.

Konsertdə solistlər Anar Şuşalı, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Taleh Yəhyayev, Gülnaz İsmayılova, İnarə Babayeva, Zemfira İsmayılova, Ayşən Mehdiyeva Çinarə Şirin çıxış etdi.

Proqramda Ü.HacıbəylininKoroğluoperasından uvertüra, Nigarın ariyası, “Arşın mal alan operettası”ndan Gülçöhrənin ariyası, F.ƏmirovunSimfonik rəqslər”, “Seviloperasından Balaşın nəğməsi, M.MaqomayevinŞah İsmayıloperasından Aslan şahın ariyası, Q.QarayevinYeddi gözəlbaleti başqa əsərlərdən fraqmentlər, xalq bəstəkar mahnıları səsləndirildi.

* * *

Sentyabrın 22-də festival çərçivəsində daha bir konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirildi. Akademiyada təşkil olunan fortepiano musiqisi konsertində BMA-nın professoru Ülviyyə Hacıbəyovanın ifasında maraqlı proqram təqdim edildi.

Konsertdən əvvəl Ülviyyə Hacıbəyova tamaşaçıları salamlayaraq təşəkkürünü bildirdi. Vurğuladı ki, Üzeyir musiqi günü münasibətilə respublikamızda müxtəlif konsertlər, tədbirlər, sərgilər təşkil olunur. O, konsert proqramı barədə dinləyicilərə məlumat verdikdən sonra fortepiano arxasına keçdi.

İ.S.Bax, A.Motsart, Ü.Hacıbəyli, F.Qarayev digər bəstəkarların əsərlərindən ibarət konsert maraqla qarşılandı.

* * *

Sentyabrın 23-də Üzeyir Hacıbəylinin ev-muzeyindəKonsert-görüşadlı tədbir keçiriləcək. Konsertdə Fərhad Aşımov (violin) Zülfiyyə Sadıqova (fortepiano) çıxış edəcəklər. Konsertin proqramına Azərbaycan xarici ölkə bəstəkarlarının əsərləri daxildir.

Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri Azərbaycan Dövlət Xor Kapellası klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Konsertin bədii rəhbəri dirijoru Xalq artisti Gülbacı İmanova, solistləri Haqay Şaham (skripka, İsrail) Nina Makarovadır (metso-soprano).

* * *

Sentyabrın 24-də “Furiosokvarteti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında səhnəyə çıxacaq. Konsertdə Səid Məmmədov (skripka), Süleyman Babakişizadə (skripka), Üzeyir Mahmudbəyli (viola), Kəmalə Neymanova (fortepiano), Murad İbrahimov (violonçel) çıxış edəcək. Konsertdə K.Debüssinin, A.Dvorjakın Q.Qarayevin fortepiano üçün əsərləri səsləndiriləcək.

Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Almaniyanın Millətlər Filarmoniyasının orkestri konsert proqramı təqdim edəcək. Tanınmış dirijor Yustuz Frantzın idarə edəcəyi konsertdə L.Bethoven, Q.Qarayev başqalarının əsərləri ifa olunacaq.

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti olacaq.

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 27-dək davam edəcək.

 

Lalə

Savalan

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.3.