İtaliyalı jurnalistin
Bakı təəssüratları
İtaliyanın “Turistipercaso” jurnalının elektron variantında jurnalist Marko Lakonettinin “Bakı (2012-2016): şəhərin dəyişikliyinin minlərlə siması” adlı məqaləsi yayılıb. Məqalədə italyan jurnalist Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlar haqqında məlumat verir.
O, müxtəlif vaxtlarda Bakıya səfərindən söz açır və qısa bir dövrdə Bakının simasının daha da gözəlləşdiyini diqqətə çatdırır. Jurnalist 2012-ci ildə Bakıya etdiyi ilk səfəri haqqında təəssüratlarını oxucularla bölüşür. 2016-cı ildə növbəti səfəri zamanı müşahidə etdiyi inkişaf haqqında məlumat verir.
Bakı memarlığından söz açan müəllif burada barrokko və neoklassik nümunələrlə yanaşı, müasir tipli tikililərin olması, yeni hava limanı, “Alov qüllələri” haqqında məlumat verir. Bakıda ənənəvi memarlıq abidələrinin müasir memarlıq abidələri ilə sintez təşkil etdiyi vurğulanır.
Jurnalist, eyni zamanda, Bakı
şəhərinin turistik
imkanları haqqında
məlumat verir.
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.8