“Shopping festival”lar turizm sənayesinin inkişafına
təkan verir
Bu gün turizm sənayesi Azərbaycan iqtisadiyyatının qeyri-neft
sektorunda prioritet istiqamətlərindən biridir. Bu sahənin inkişafının
davamlılığını təmin etmək məqsədilə mühüm
proqram və layihələr icra olunur, qanunvericilik təkmilləşdirilir, dövlətin
dəstəyi ilə müvafiq infrastruktur yaradılır.
Prezident
İlham Əliyevin
2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan
Respublikasında turizmin
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında”
sərəncam sektorun
gələcək inkişafı
üçün yeni bir mərhələ açır.
Sərəncama uyğun olaraq həyata keçiriləcək
tədbirlərdən biri
də paytaxt Bakıda ticarət festivallarının (“shopping festival”) təşkilidir. Hazırda bu istiqamətdə
müvafiq işlər
görülür. Ölkəmiz üçün ticarət
festivallarının keçirilməsi
yeni xidmət sahəsi hesab edilsə də, dünyanın bir sıra ölkələrinin
turizmin təşviqi məqsədilə belə
tədbirlərin keçirilməsində
böyük təcrübələri
var.
Turistlər üçün cəlbedici
məkan
Ticarət festivalları ölkəyə
turistlərin marağını
cəlb etmək üçün əsas vasitələrdən biridir. Belə festivallar
əsasən iri şəhərlərdə təşkil
olunur. Adətən
“shopping festival”lar bir ay və daha çox davam edir. Bu zaman alış-veriş mərkəzlərində satışa
çıxarılan dünya
və yerli brendlərə 30-70%, bəzən
isə daha çox endirim edilir. Ticarət mərkəzlərini ziyarət edən turistlər nəinki xərclədiyi pulların
bir hissəsini
“tax-free” sistemi vasitəsilə
geri ala bilir, hətta onlara müxtəlif hədiyyələr
də təqdim edilir. Bir çox hotellərdə
turistlər üçün
ticarət mərkəzlərinə
ödənişsiz avtobuslar
da xidmət göstərir.
Festivala diqqəti cəlb etmək üçün yerli və dünya
markalarının özəl
təqdimatları ilə
yanaşı, gecə
saatlarına qədər
davam edən konsertlər, tanınmış
müğənnilərin çıxışları
təşkil olunur. Şəhərin böyük ticarət mərkəzlərini və
çoxsaylı mağazaları
əhatə edərək
günlərlə davam
edən alış-veriş,
əyləncə, moda
və sənət-mədəniyyət
sahələrini əhatə
edən proqram hazırlanır.
Dünyada ən məşhur
“shopping festival”lar
Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində
ənənəvi olaraq
hər ilin yanvar-fevral aylarında
“Dubai Shopping Festival” keçirilir. Artıq 19 ildir
ki, keçirilən bu tədbir dünyanın ən yaxşı 5 alış-veriş
festivalından biri hesab olunur. Qeyri-rəsmi
olaraq dünyanın ticarət paytaxtı hesab olunan bu
şəhərdə keçirilən
festival zamanı izdiham
yaşanır. Ümumiyyətlə,
hər il Dubayda yeni ticarət
mərkəzləri inşa
olunur ki, burada müştərilər
geyim, zinət əşyaları, ətriyyat
və kosmetika, oyuncaq, məişət texnikası ala bilər, eyni zamanda ticarət
mərkəzlərindəki kinoteatr, attraksionlar, idman meydançaları, akvarium, şəlalə və digər əyləncə məkanlarını
da ziyarət etmək imkanı qazanırlar. Sözügedən festival çərçivəsində
tanınmış dünya
brendləri, geyim mağazaları, butiklər
müştərilərə bütün malları böyük endirimlərlə
təklif edirlər.
Beşliyə daxil olan daha
bir festival “Hong Kong Shopping Festival”dır. Honkonq Asiya-Sakit
okean regionunda ən yaxşı alış-veriş mərkəzlərinin
olduğu şəhərlər
sırasında öndə
gedir. Festival zamanı bura səyahət edən turistlərin də əksəriyyəti region ölkələrinin
vətəndaşları olurlar.
Artıq 21 ildir ki, iyun-iyul
aylarında “Great Sinqapur
Sale” ticarət festivalı
təşkil olunur. Sinqapurda böyük
endirimlər zamanı
şəhər beynəlxalq
alış-veriş mərkəzinə
çevrilir. Burada da
əksər ticarət
mərkəzlərini əhatə
edən festival zamanı
müxtəlif mallar müştərilərə böyük
endirimlə təklif olunur. Sinqapurdakı ticarət festivalı
səkkiz həftə
müddətində suvenirlər,
lüks mallar, kosmetika, yemək-içmək
və xüsusi gəzinti turlarına endirimlər olur, eləcə də gündəlik hədiyyələr
verilir.
Cənubi
Koreyada təşkil olunan “Korea Grand Sale” və
Amerika Birləşmiş
Ştatlarında keçirilən
“USA Outlet Shopping Festival”ı da dünyanın ən məşhur beş ticarət
festivalı sırasında
yer alır.
Dünya turizm sənayesində güclü mövqeyinə
görə seçilən
Türkiyədə də
ticarət festivalları
ilə xarici turistlərin marağını
cəlb etməyə çalışırlar. Hər il təşkil
olunan “İstanbul
Shopping Festival”ına xaricdən
1 milyona yaxın turist gəlir. İstanbulu dünyanın ən məşhur moda və ticarət mərkəzlərindən birinə
çevirməyi hədəfləyən
festivala daha çox qardaş ölkə ilə sərhəd olan ölkələrdən, o cümlədən
Azərbaycandan olan turistlər üz tutur.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.9.