Üzeyir Hacıbəyli festivalında orqan musiqisi konserti

 

 

Sentyabrın 21-də Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert Kamera Orqan Musiqisi Zalında keçirildi. Gecənin qonağı tanınmış orqan ifaçısı Rəna İsmayılova idi. Zalın musiqisevərlərlə dolması konsertə olan maraqdan xəbər verirdi.

 

Əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lalə Hüseynova çıxış edərək musiqi axşamı barədə ürək sözlərini bölüşdü. Qeyd etdi ki, respublikanın Əməkdar artisti Rəna İsmayılova on ildən bəri Almaniyanın Köln şəhərində yaşayıb fəaliyyət göstərir.

Bildirildi ki, R.İsmayılova 1974-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano orqan ixtisasları üzrə bitirib. 1983-1986-cı illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində assistent-stajor kimi orqan ixtisası üzrə professor L.İ.Royzmanın sinfində təhsilini davam etdirib. Bakı, Moskva, Riqa, Minsk, Berlin, Köln, Düsseldorf, Altenberq s. şəhərlərdə çıxış edib. 2001-ci ildə onunAzərbaycan bəstəkarlarının orqan musiqisiadlı kitabı nəşr olunub.

Konsertdə Rəna İsmayılova Q.Qarayevin “Don Kixotsimfonik qravürlərindən iki fraqment, V.AdıgözəlovunMuğam-fantaziya”, A.ƏlizadəninMuğam sədaları”, S.İbrahimovanınPoema-ithaf”, N.ƏliverdibəyovunBayatı-Şiraz”, F.ƏlizadəninFantaziya”, eləcə “La transfiguration du Notre Seigneur” (O.Messian), “Şotland melodiyalarına iki transkripsiya” (E.Lemare), “Chat du matn” (A.Guilmant), “Poslidio in memoriam Gara Garayev” (C.Abbasov), “Pomp and Circumstance” (E.Edqar), “Ave Maria” (F.Bədəlbəyli) əsərlərini səsləndirdi.

İfaçını vokalçı solistlər Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano) Taleh Yahyayev (bariton) müşayiət edirdilər.

Konsert proqramı musiqisevərlərin alqışları ilə qarşılandı.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.10.