Balaban üçün ilk simfonik əsər
Bəstəkar İlyas Mirzəyevin əsəri tanınmış sənətçi
Əlixan Səmədovun
ifası üçün
nəzərdə tutulub
İstanbulda yaşayan azərbaycanlı
bəstəkar İlyas
Mirzəyev “Balaban konserti” adlı simfonik əsər üzərində çalışır. Əsər Türkiyədə
yaşayan tanınmış
balaban ifaçısı,
Əməkdar artist Əlixan
Səmədovun ifası
üçün nəzərdə
tutulub.
Bu haqda qəzetimizə bilgi verən Ə.Səmədov bildirib
ki, dünyanın çox ölkəsində
olarkən balaban üçün yazılmış
əsərlər ifa etməyimi, simfonik orkestrlə konsertlərimi
istəyirlər: “Mən
bu istəyi İlyas bəyə dedim, razılaşdıq. Bu əsər nəinki Azərbaycan, eləcə də dünya tarixində balaban üçün yazılmış
ilk simfonik əsər
olacaq. Artıq əsərin bir bölümü üzərində
iş başa çatıb, indi növbəti bölüm
üzərində işləyirik.
Bununla da balaban dünyanın
çox ölkəsində
müxtəlif simfonik
orkestrlərdə səslənəcək.”
Soltan
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.10.