Üzeyir Hacıbəylinin xatirəsi Serbiyada anılıb
Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü münasibətilə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və bu ölkədə yaşayan həmvətənlərimiz Novi Sad şəhərində dünya şöhrətli bəstəkarın abidəsini ziyarət ediblər.
Üzeyir Hacıbəyli memorialı Serbiyanın ikinci böyük şəhəri olan Novi Sad şəhərində, Dunay çayının sahilində ucaldılıb. 2011-ci il iyunun 9-da Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Boris Tadiçin iştirakı ilə abidənin açılışı keçirilib.
Novi Sad
Serbiyanın mədəniyyət və incəsənət
paytaxtı sayılır. Burada
Serbiyanın qədim mədəniyyət, elm
mərkəzləri, muzeylər, teatrlar
yerləşir. İlk serb
teatrı 1861-ci ildə bu şəhərdə
fəaliyyətə başlayıb.
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.14.