Çatmaqaş,
qarayanız rəssam
XX əsr dünya rəssamlığının tanınmış nümayəndələrindən biri, daha çox yaratdığı avtoportretlərlə tarixdə qalan, qısa ömür yaşamış meksikalı xanım Frida Kahlodur. Onu məşhur meksikalı rəssam Diyeqo Riveranın həyat yoldaşı kimi və çatma qaşları ilə də tanıyırlar.
Frida Kahlo 1907-ci ildə
Meksikada doğulub. 6 yaşında ikən poliomielit xəstəliyinə
tutulub və ömrünün sonunadək
axsayıb. 18 yaşı
olanda o, avtomobil qəzasına düşür:
evə gedərkən
mindiyi maşın tramvay ilə toqquşur. Bu dəhşətli
qəzadan sonra Frida səhhətini bərpa etmək üçün dəfələrlə
cərrahiyyə əməliyyatı
keçirməli olur.
Həmin
il o, bir
rəssam emalatxanasında
rəsm dərslərinə
başlamışdı. 1926-cı
ildə neftlə ilk avtoportretini çəkir.
Frida
200-dən çox əsərin
müəllifidir. Bu əsərlərin çoxunda
o, özünü çəkib.
Əsərlər janr baxımından
sürreal sayıla bilər, ancaq müəllif heç zaman özünü sürrealist saymayıb.
1939-cu ildə Fransadakı
bir sərgidə onun rəsmləri nümayiş etdirilir və sürrealizmin yaradıcısı Andre Breton rəssamın
işlərini yüksək
dəyərləndirir. Ancaq onun
əsərlərinə dünya
miqyasında maraq ölümündən çox
sonra - 1970-ci illərdən
artmağa başlayır.
Fridanın bir insan kimi
həyatı çox
üzücü olub. Dəfələrlə ağır əməliyyatlara
girən rəssamın
bədəni sınıq-salxaq
duruma düşmüşdü.
Görünür, buna görə
o, həmişə həyatdan
kam almağa çalışıb. O, fotoqraf dostunun vasitəsiylə tanınmış
meksikalı kommunist rəssam Diyeqo Rivera ilə tanış
olur və 1929-cu ildə onlar evlənirlər.
Onların ilk evliliyi 10 il çəkir. Ailənin dağılmasının günahkarı
isə arvadbaz Diyeqo olur. Belə ki, o, Fridanın bacısı Kristinanı da yoldan çıxarır.
Bu olay Fridanı
sarsıdır və onlar ayrılırlar.
1937-1940-cı illərdə
Stalinin zülmündən
canını qurtarmaq üçün Meksikaya sığınmış Lev Trotski
Fridanın atasının
evində yaşayıb.
Fridanın məşhur sovet
kommunisti ilə romantik münasibətləri
olub. 1940-cı ildə isə Frida və Diyeqo
ikinci dəfə evlənirlər. Bu iki rəssam arasında xarakter oxşarlığı da var idi, ona
görə bir-birinə
xəyanətlərini asanca
yola verə bilirdilər. Beləcə
bir-birinə xəyanət
edə-edə 25 il “birgə” yaşayırlar.
Fridanın ən məşhur əsərlərindən biri
“İkili Frida”dır. Rəssam 1939-cu ildə yaratdığı
əsərdə ailə
böhranını, əri
ilə ayrılıqdan
sonra öz durumunu təsvir edib. Həmin əsərin Parisdə
sərgilənməsi onun
Pikasso ilə tanışlığına və
“Vogue” jurnalının üz
qabığında çap
edilməsinə gətirib
çıxardı. O, ABŞ-da tanınmağa başlamışdı, bu
ölkədə keçirilən
sərgilərdə iştirak
edirdi.
Rəssamın ən böyük istəyi öz ölkəsində sərgisini
keçirmək idi. Onun sağlığında
bircə fərdi sərgisi olmuşdu.
1953-cü ildə o, bunu gördü, ancaq ölüm artıq qapını kəsdirmişdi. Həkimlər ona yataqdan durmağı
qadağan etmişdilər.
O isə təcili tibbi yardım maşınında öz sərgisinə gəldi. Hamı onun bu addımına
heyran qalmışdı.
O, qalereyanın mərkəzində
qoyulmuş yatağında
uzanaraq zarafatlar edir, mahnı oxuyur, içki içirdi.
Ömrünün son ilində ayağı qanqren olduğuna görə dizdən aşağı kəsilməli
idi. Bu, Fridanı üzürdü, intihar etmək istəyirdi.
Özünü ovutmaq üçün
şeirlər də yazırdı. 1954-cü ilin yazında iki dəfə intihara əl atdı. Artıq yeriyə bilmirdi,
əlil arabasında hərəkət edirdi.
1954-cü ilin 13 iyulu Frida Kahlonun
işıqlı dünyada
son günü oldu.
47 il ağrı-acılı
ömür sürdükdən
sonra vəfat etdi.
Bir vaxtlar onun doğulub
böyüdüyü ev ölümündən
üç il sonra Fridanın ev-muzeyi oldu. İndi Meksikadakı Frida Kahlo muzeyi turistlərin ən çox üz tutduğu ünvanlardandır.
Bu məşhur, çatmaqaş,
qarayanız, arıq rəssam həmişə
dünya incəsənətinin
diqqət mərkəzində
olub. Haqqında ədəbiyyatçılar, rəssamlar, musiqiçilər,
rejissorlar əsərlər
yaradıblar. 2002-ci ildə onun yaşam və yaradıcılığını dolğun şəkildə
işıqlandıran “Frida”
filmi çəkilib.
Film iki dəfə
“Oskar” və başqa sanballı mükafatlara layiq görülüb.
Soltan
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.15.