“Tamaşaçı zövqünü
nəzərə almağa məcburuq”
“Karvan
art” qalereyasının bir
yaşı tamam oldu
“Karvan art” qalereyası ötən il
sentyabrın 22-də açılıb.
Qalereyanın direktoru Təhminə Qəhrəmanova
söyləyir ki, əsas məqsədləri
müxtəlif nəsillərə
mənsub Azərbaycan
rəssamlarının əsərlərinin
satış-sərgisini təşkil
etməkdir: “Düzdür,
bu sahədə güclü rəqabət
var, ancaq bizim yerləşdiyimiz ərazidə (Xaqani küçəsində) qalereya
yoxdur. Ayda 5-8 əsər alınır.
Əcnəbilər daha çox
əsər almağa maraq göstərirlər.
Müştərilər əsasən qədim
Bakı ilə bağlı tablolar, natürmort, mənzərələr
alırlar. Qalereya əsasən
müştərilərin zövqünü
nəzərə alır”.
T.Qəhrəmanova bildirir ki, qalereyada tanınmış
rəssamlarla yanaşı,
sənətə yeni ayaq basmış rəssamların əsərləri
də sərgilənir:
“Tamaşaçı zövqünü
nəzərə almağa
məcburuq. Əgər bura sırf
yaradıcı işləri
yığsaq, onda müştəriləri qaçıra
bilərik. Bizdə hələ
də insanlarımızın
rəsm haqqında düşüncələri yetərincə
deyil. Görürsən
ki, mədəni geyinmiş bir adam mənzərəni
göstərib soruşur:
“Bu portret neçəyədir?”
Bizdə Səttar Bəhlulzadənin, Mikayıl
Abdullayevin, Zakir Hüseynovun əsərləri
var. Rəsm alıcıları
müxtəlif olur. Bir də görürsən alıcı özüylə
rəssam, ekspert gətirir, aldığının
həqiqi sənət
əsəri olduğuna
inanmaq istəyir”.
İndiyəcən qalereya üç sərgi keçirib, onlardan biri uşaqların
əl işlərinə
həsr olunub.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 23
sentyabr.- S.15.