Üzeyir Hacıbəyli festivalı
çərçivəsində görüş-konsertlər
18-27 sentyabr tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində rəngarəng konsert proqramları, müxtəlif tədbirlər keçirildi.
Bu sırada Xəzər Universitetinin iştirakı ilə təşkil edilən görüş-konsertlər də maraqlı anları ilə yadda qaldı.
Sentyabrın 23-də Üzeyir Hacıbəylinin ev-muzeyində keçirilən tədbirdə muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək dahi bəstəkara ümumxalq məhəbbətindən danışdı: “Azərbaycan xalqının Üzeyir bəy məhəbbəti, istəyi sönməz, tükənməz və əbədi bir məşəldir. Nə qədər Azərbaycan xalqı yaşayır, bu məhəbbət şölələnəcək”.
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı görkəmli musiqiçinin çoxşaxəli yaradıcılığından, əsərləri əsasında çəkilmiş filmlərdən danışdı. Bildirdi ki, Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri əsasında lentə alınan filmlər 80-dən çox dilə tərcümə edilib, müxtəlif ölkələrdə nümayiş olunub.
Çıxışlardan sonra Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri Zülfiyyə Sadıqova (piano), Bratislava Musiqi Akademiyasının doktorantı Fərhad Aşumov (skripka) Ü.Hacıbəyli, Q.Qarayev, L.Bethoven və başqa görkəmli bəstəkarların əsərlərindən fraqmentlər ifa etdilər.
* * *
Sentyabrın 27-də daha bir “Görüş-konsert”
Xəzər Universitetində
keçirildi.
Əvvəlcə Xəzər Universitetinin prorektoru İsaxan İsaxanov çıxış
edərək görkəmli
bəstəkarın Azərbaycan
mədəniyyətinə, musiqi sənətinə bəxş etdiyi töhfələrdən danışdı. Qeyd etdi
ki, dahi bəstəkarın vaxtilə
qələmə aldığı
“Leyli və Məcnun” operası müsəlman Şərqində
böyük bir mədəni hadisə olub.
Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov dahi bəstəkarın milli kadrlara göstərdiyi qayğıdan
söz açdı. Bildirdi ki,
Azərbaycan Bəstəkarlar
İttifaqı yarananda
bu qurumun barmaqla sayılacaq qədər azərbaycanlı
üzvü olub.
Ü.Hacıbəyli qurumun sədri
seçiləndən sonra
milli kadrların sayı artır. Üzeyir bəy hər zaman tələbələrinə
yaradıcılıq işində
daima xalq irsindən yaralanmağı
və folklora istinad etməyi tövsiyə edib. Qara Qarayev, Fikrət
Əmirov, Arif Məlikov, Cahangir Cahangirov və digər bəstəkarlar onun yolunu davam
etdirərək Azərbaycan
musiqisini dünyaya tanıdıblar.
Çıxışlardan sonra universitetin Kamera orkestrinin müşayiəti
ilə Üzeyir Hacıbəylinin “Arazbarı”,
Aqşin Əlizadənin
“Cəngi”, Qara Qarayevin “Yeddi gözəl” baletindən Ayişənin rəqsi, Sərdar Fərəcovun “Oda alqış və sübh duası” , Arif Məlikovun “Qızların
rəqsi”, Fikrət Əmirovun “1001 gecə” baletindən Şəhrizadın
bayramı ifa olundu. Xəzər Universitetinin kafedra müdiri, dosent Zülfiyyə Sadıqova fortepianoda və Bratislava Musiqi Akademiyasının doktorantı Fərhad Aşumov skripkada L.Bethovenin 5-ci sonatası, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”
və “Pavana”, D.Şostakoviçin “Dörd
prelüdü” və
s. səsləndirdilər.
S.Fərəcov
Mədəniyyət.- 2016.- 28
sentyabr.- S.6.