“Naxçıvan - bəşəriyyətin
beşiyi”
Beynəlxalq rəsm festivalının albom-kataloqunun təqdimatı
Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Naxçıvan - bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqunun təqdimatı olub.
Tədbirdə çıxış edən muxtar respublika Ali Məclisi Aparatının rəhbəri və Bilik Fondu Himayəçilik Şurasının sədr müavini Əli Həsənov bu ilin mayında keçirilmiş festival barədə danışıb. Bildirib ki, muxtar respublikada üçüncü dəfə gerçəkləşən festival çərçivəsində Bəhruz Kəngərli adına Rəssamlar parkı açılıb, festivalın “Əlincəqala” tarixi abidəsində keçirilməsi tədbirin əhəmiyyətini artırıb, iştirakçıların dəyərli əsərlər yaratmasına səbəb olub.
Qeyd olunub ki, nəfis tərtibatda hazırlanan kataloqda tədbirdən çəkilmiş fotoşəkillər, eləcə də festivalda iştirak edən 52 rəssam haqqında qısa bioqrafik məlumatlar yer alıb, festivalda çəkilmiş rəsm əsərləri verilib.
Muxtar respublika Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, millət
vəkili Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı
Həbibə Allahverdiyeva bölgədə
təsviri sənətin inkişafına göstərilən
qayğıdan danışıblar.
Mədəniyyət.- 2016.- 28
sentyabr.- S.7.