“Mən Azərbaycanı sevən Rusiya vətəndaşıyam”
Bakıda yazıçı-publisist Aleksandr Fomenkovun
yaradıcılıq gecəsi keçirilib
Bakıdakı Rus kitab evində rusiyalı yazıçı-publisist Aleksandr Fomenkovun yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun rəhbəri Rauf Həsənov, “Azərbaycan xəbərləri” beynəlxalq informasiya agentliyinin direktoru Gülnarə Məmmədzadə, Bakıdakı Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Gecədə rus yazarın yeni hekayə, şeir, esse və məqalələrindən söz açılıb, yaradıcılığının ideya-sənətkarlıq məsələlərindən danışılıb.
Aleksandr Fomenkov deyib: “Azərbaycanlı jurnalistlər həmişə məni gah tanınmış rus yazıçısı, publisist və politoloq, gah da böyük şair və ictimai xadim kimi təqdim edirlər. Mən Azərbaycanı sevən və bu ölkədə yaşayan xalqlara səmimi hörmət edən, mürəkkəb taleyi, qırılmış bioqrafiyası olan Rusiya vətəndaşıyam... Məncə, bu daha hörmətlə səslənir, nəinki başqa parlaq epitetlər. Mən sadə rus insanıyam. Mənim gücüm və mənliyim bundadır”.
İlona Qubadova
Mədəniyyət.- 2016.- 28
sentyabr.- S.11.