LoqosPsixolojiNitq İnkişaf Mərkəzinin yeni filialı açılıb

 

 

“Qapımızı ümidlə döyən və bizdən sevinə-sevinə ayrılan hər kəs bizim uğurumuzdur

 

Sentyabrın 24-də “LoqosPsixolojiNitq İnkişaf Mərkəzinin paytaxtda yeni filialının açılış mərasimi keçirildi.

Mərkəzin rəhbəri Təranə Məmmədova çıxış edərək qurum haqqında məlumat verdi. Bildirdi ki, 2014-cü ilin mart ayında Nərimanov rayonunda fəaliyyətə başlayan mərkəz ilk mərhələdə nitqində qüsur olan uşaqlara xidmət göstərib: “Psixoloji, loqopedik və maarifləndirmə istiqamətində gördüyümüz işlər artıq öz real nəticələrini göstərir. Kiçik bir kollektivlə az vaxtda müsbət nəticələr qazandıqca, doğru yolda olduğumuza daha çox inanırıq. Hazırda “Loqosun Bakıda üç, Gəncədə bir filialı əhaliyə psixolojiloqopedik xidmət göstərir”. Qeyd olundu ki, mərkəz bütün yaş qrupları üzrə yüksək səviyyədə xidmət göstərmək üçün müasir texnologiyadan faydalanır, dünya təcrübəsinin ən etibarlı nümunələrini tətbiq etməklə yanaşı, həm də təcrübə bazası kimi formalaşır: “Qapımızı ümidlə döyən və bizdən sevinə-sevinə ayrılan hər kəs bizim uğurumuzdur. Qısa vaxtda insanların etibarını qazana bilmişik”.

Mərkəzin əməkdaşı, yazıçı-publisist Rəhilə Gülgün bildirdi ki, dünyada baş verən müharibələr, terror aktları, iqtisadi böhranlar, təbii fəlakətlər, informasiya yükü yer kürəsinin hər yerində insanlarda psixoloji gərginliklər yaradır. Artıq bir çox xəstəliklərin kökündə psixoloji amillərin dayandığı elmi cəhətdən də sübut olunub. Azərbaycanda əhalinin çox hissəsi psixoloji müdaxilənin təsirindən xəbərsizdir. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparılmalıdır. Bakıda və digər böyük şəhərlərdə psixolojiloqoped xidməti göstərən mərkəzlərin açılması müsbət haldır: “Əməkdaşlarımız bir ailə kimi toplanaraq bizə müraciət edən insanlara lazımi yardımı göstərib onları burdan sevinclə yola salırlar. Müəssisəmizdə peşəkarın çalışması insanlarda inamı artırır”.

Mərkəzin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva qurumun prioritetlərindən birinin maarifləndirmə olduğunu dedi. Qeyd etdi ki, bu istiqamətdə bir çox layihələr həyata keçirilir. Bölgələrdə maarifləndirici konfrans, seminar və treninqlər təşkil olunur, insanlara təmənnasız psixoloji xidmət göstərilir. Mərkəzə təcrübəli mütəxəssislər cəlb edilir, xarici ölkələrdən tanınmış mütəxəssislər dəvət edilir. Eyni zamanda əməkdaşlar xarici ölkələrdə təcrübə keçirlər. Təcrübə qazanıldıqca, uğurların sayı artdıqca, xidmətin əhatə dairəsi genişlənir, işin səviyyəsi yüksəlir.

Bildirildi ki, “Loqosun Gəncə filialı həm şəhər əhalisinə, həm də ətraf bölgələrdən müraciət edənlərə yüksək səviyyədə xidmət göstərir. Bakıda açılan yeni filialda əhaliyə bütün yaş qrupları üzrə psixoloji, psixopedaqoji, loqopedik xidmətlər göstərilməklə yanaşı, maarifləndirici layihələr də həyata keçiriləcək, peşəkar mütəxəssislər tərəfindən psixoloji müayinələr aparılacaq. Bundan əlavə, Autizm idman klubu öz işini burada da davam etdirəcək, müalicəvi idmanmasaj xidməti göstəriləcək, sağlam uşaqlarla bərabər psixoloji problemləri olan uşaqlar üçün də məktəbəhazırlıq kursu təşkil olunacaq.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.15.