Bakıda V Beynəlxalq Humanitar Forum keçirilir

 

 

“Biz fəxr edirik ki, mədəniyyətlərarası dialoq təşəbbüsümüzəBakı prosesiadı verilmişdir. Çalışacağıq ki,bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək

 

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

 

Bakı Beynəlxalq Humanitar Forumu qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, dünyanın siyasi, elmi mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. 2010-cu ildən keçirilən Forumun təşəbbüsçüləri Azərbaycan Rusiya prezidentləridir.

Forum təşkilatçılarının iştirakçılarının qarşısında duran məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır.

 

* * *

Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edib. Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyini deyən dövlət başçısı bunun özlüyündə bir göstərici olduğunu vurğulayıb: “Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında, əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır”.

Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına da ev sahibliyi edib. Bu il Bakıda ilk dəfə olaraq “Formula-1” yarışı Dünya Şahmat Olimpiadası keçirilib. Keçən il Bakıda birinci Avropa Oyunları gerçəkləşib. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək: “Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala müsbət meyilləri gücləndirə bilər”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Avropa Şurasının İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, hər iki təşkilatda fəal rol oynayır: “Bu iki təşkilatda dünyanın 100-dən çox ölkəsi birləşir. Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa Şurası İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik birgə sessiya keçirilmişdir. Bu, dünyada çox böyük əks-səda yaratmışdır. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü bu görüşə, bu təşəbbüsəBakı prosesiadı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik bu görüşə Avropadan mədəniyyət nazirlərini dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsəBakı prosesiadı verilmişdir.

Biz çalışırıq çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır. Bu, bizim böyük sərvətimizdir”.

Qeyd olunub ki, cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu ilMultikulturalizm ilielan edilib: “Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Gəlin baxaq, multikulturalizmə alternativ nədir? Multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür”.

Dövlət başçısı çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzünün, torpaqlarımızın işğal edilməsinin ağır fəsadlarından da danışıb. Bildirib ki, bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf edir. Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin əksər illəri tərəqqi illəri olub. Ölkəmizdə humanitar məsələlər öz həllini tapır. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Savadlılıq təxminən 100 faizdir. Məcburi köçkünlərin problemləri həllini tapır. Doxsandan çox qəsəbə salınıb 250 mindən çox köçkünə yeni evlər, mənzillər verilib: “Qaçqınların, köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk yerlərdədir. Bu, çox acı statistikadır, amma bu, belədir. Bütün bunlara baxmayaraq düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik inkişaf məkanı kimi təqdim edir. Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq bundan da gözəl olacaq. İstəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bu niyyətin bir hissəsidir”.

 

* * *

Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxuyub çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

BMT baş katibinin müavini xanım Cihan Sultanoğlu təşkilatın baş katibi Ban Ki-Moonun Forum iştirakçılarına müraciətini oxuyub.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri növbəti dəfə Bakıda beynəlxalq forumda çıxış etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, ədalət, sülh bərabərlik ideyalarını yayan insanlar üçün bu Forum mühüm bir tədbirdir. Bildirib ki, dünyada sülh təhlükəsizliyin qorunub saxlanılmasında siyasi öhdəliklərin böyük güclər tərəfindən yerinə yetirilməməsi nəticəsində beynəlxalq münasibətlərdə tarazlıq pozulur, dünyanı böyük çəkişmələrə sürükləyə biləcək təhlükələr artır. İSESCO-nun baş direktoru vurğulayıb ki, Fələstin, Dağlıq Qarabağ bir çox digər münaqişələr olan yerlərdə BMT Təhlükəsizlik Şurası daha fəal iştirak etməlidir. Çünki insanlar, bütün dünya böyük güclərin hərəkətsizliyindən əziyyət çəkir.

 

* * *

Forum işini plenar iclasla dəyirmi masa rəhbərlərinin çıxışları ilə davam etdirib.

Sentyabrın 30-da Forum çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativetik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzularında dəyirmi masalar keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.2.