“Mənim dünyam”
Ələkbər Tağıyevin
mahnılarından ibarət konsert
Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı təqdim edilib.
“Mənim dünyam” adlı konsert proqramında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov və digər müğənnilər çıxış ediblər.
Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edib.
Ələkbər Tağıyev musiqi
mədəniyyətimizə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz
oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”,
“Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox
sevilən mahnılar bəxş edib. Bəstəkarın
“Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”,
“Sədaqətim var” kimi
mahnıları xarici müğənnilərin
repertuarına daxil olub.
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.3.