“Türkün
inancı, tarixin qazancı”
Azərbaycan Xalça
Muzeyində xalça kəsimi mərasimi
Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirilib. “Türk dünyasının ortaq dili - naxışlar” adlı beynəlxalq simpoziumun simvolu olan xalça xalçaçı-rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən toxunub.
Mərasimdə Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, muzeyin xalçaçı-rəssamı Taryel Bəşirov, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek, TürkPA-nın baş katibi Jandos Asanov çıxış ediblər.
Qeyd edək ki,
“Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu iyunun 2-3-də Azərbaycan
Xalça Muzeyində keçirilib.
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.4.