“Məhşər günü”
“Yuğ”da nümayiş olunub
Azərbaycan Dövlət Yuğ Teatrı yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan birhissəli tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunub.
Əsas rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa ediblər. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib. Səhnə əsərinin musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.
Səhnə əsəri uğurlu
karyera qurmuş, lakin mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş təcrübəli dövlət
müşavirindən bəhs edir. O, hər
şeydən bezir, gərəksiz biri olduğunu anlayır və
özünü öldürmək qərarına
gəlir. Amma içində kök salmış laqeydliyi,
xudbinliyi tədricən məhv edib sevgi, savab
kimi mənəvi keyfiyyətləri
dirçəltməyi bacarır. Anlayır ki,
bu keyfiyyətlər insan
həyatında əvəzi olmayan dəyərlərdir.
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.5.