Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi
anılıb
Azərbaycan Dövlət Musiqili Teatrında mərhum aktrisa, Əməkdar artist Gülnar Salmanovanın xatirəsi yad olunub. Xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasının növbəti nümayişi Gülnar Salmanovanın 60 illiyinə həsr olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edərək aktrisanın həyat və yaradıcılığı barədə danışıb.
Qeyd edilib ki, özünəməxsus ifa tərzinə malik aktrisanın canlandırdığı obrazlar hər zaman tamaşaçılar tərəfindən sevilib: “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə obrazını Gülnar Salmanova canlandırmalı idi. Çox təəssüf ki, amansız ölüm buna imkan vermədi. Onun işıqlı xatirəsi daima bizim qəlbimizdə yaşayacaq”.
Sonra tamaşa
nümayiş olunub. Səhnə əsərinin quruluşçu
rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı
Firudin Allahverdi, səhnələşdirəni
Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru
Əməkdar incəsənət xadimi Fəxrəddin
Atayev, səhnə tərtibatçısı
Xalq rəssamı Tahir
Tahirov, baletmeysterləri Yelena
və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyovdur.
Rolları Xalq artisti Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva və
başqaları ifa ediblər.
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.6.