“Bu torpağın
övladıyıq”
Lerik rayon Siyov kənd klubunda “Multikulturalizm ili” çərçivəsində “Bu torpağın övladıyıq” adlı tədbir keçirilib. Tədbiri klubun müdiri Əfrayıl İmanverdiyev açaraq Azərbaycanın tarixən müxtəlif xalqların yaşadığı ölkə kimi tanındığını bildirib. Qeyd olunub ki, multikulturalizm, tolerantlıq bu gün Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətidir. Kənd məktəbinin müəllimləri Əhliman Zeynalov, Mahir Bayramov, sakinlər Seyran Ağayev, Sulduz Əbilov mövzu ilə bağlı çıxış ediblər. Bədii hissədə kənd məktəbliləri müxtəlif xalqlardan şeir nümunələri söyləyib, “Odlar yurdu Azərbaycanım!” səhnəciyini göstəriblər.
Zəfər Orucoğlu
Lerik
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.7.