Azərbaycan hotelləri Rusiya səyahət saytında ön sıralarda

 

 

Rusiyanın Travel.ru səyahət saytı Azərbaycanda fəaliyyət göstərən hotellərdən beşini ən yaxşı hotellər siyahısına daxil edib. Siyahı Azərbaycanda istirahət edən rusiyalı turistlərin rəyləri əsasında hazırlanıb.

 

Beşlikdə birinci yeriShahdag Hotel & Spatutur. Bildirilir ki, Azərbaycanın ilk müasir dağ hoteli olan beşulduzluŞahdağ” zərif ehtişamı və yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirir. Ən müasir interyer və yüksək keyfiyyətli xidmət xoş istirahət keçirmək üçün zəmin yaradır. Hotel beynəlxalq dəbdəbə ilə yerli koloritin mükəmməl ahəngini təşkil edir. Burada 4 kateqoriya olmaqla ümumilikdə 173 nömrə var. Saytda hoteldə fəaliyyət göstərən restoran, bar, sağlamlıq və əyləncə mərkəzləri, dağ-xizək idmanı haqqında da geniş məlumat verilir, buranı seçənlərə yaxınlıqda yerləşən Laza şəlaləsinə də baş çəkmək məsləhət görülür.

İkinci yerdə Bilgəhdə fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hoteli” qərarlaşıb. Xəzərin sahilində yerləşən hoteldə 176 nömrə və 14 kottec fəaliyyətdədir. Dəniz sahili boyunca 300 metr uzunluğunda çimərlik, Spa mərkəzi, açıq və qapalı hovuz, tennis kortuakvapark, biznes mərkəz və 600 nəfərlik banket zalı turistlərin istirahətinə rəng qatır. Hotel ailəvi istirahət, xüsusən də avtomobillə səyahətə çıxan rusiyalı turistlər üçün əlverişli məkandır.

Travel.ru saytının təqdim etdiyi siyahıda 3-cü yeri Nabrandakı “River Inn Boutique Hotel”s tutur. Bildirilir ki, dənizin 500 metrliyində yerləşən butik-hoteldə villalardan əlavə 34 nömrə var. Hotelin ərazisində yaradılan mini-zoopark isə uşaqlara sevinc bəxş edir. Yaxınlıqda Samur-Yalama milli parkı İstisu termal mərkəzi yerləşir. Qeyd edilir ki, hotel ailəvi Rusiyanın Dağıstan ərazisindən avtomobillə səyahətə çıxan turistlər üçün daha əlverişlidir. Dördüncü yerdəShamaxi Palace Sharadil Hotel”dir. Böyük Qafqazın ətəyində yerləşən beşulduzlu hoteldə 102 nömrə var. Burada atla dağ velosipedi ilə gəzinti turistlərin ixtiyarına verilib. Azərbaycan türk mətbəxinin ləziz təamları istirahətə gələn hər kəsi bir daha yenidən dönməyə məcbur edir. Ailəvi və koorporativ istirahət üçün əlverişli məkandır.

Beşliyin son pilləsində ŞəkidəkiMarxal Resort & Spa” yer alır. Bu yay fəaliyyətə başlayan hoteldə 176 nömrə 26 kottec var. Burada milli Avropa mətbəxindən yeməklər təqdim edilir. Travel.ru bura gələn rusiyalı turistlərə Şəki Xan sarayını, Alban məbədini Gələrsən-görərsənqalasını ziyarət etməyi məsləhət görür.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.9.