Bakıda hind mətbəxi festivalı

 

 

Sentyabrın 25-də Bakıdakı “Hyatt Regency” hotelində hind mətbəxi festivalı keçirilib. Tədbir Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Hindistanın ölkəmizdəki səfiri Sanjay RanaMilli Məclisin deputatı Jalə Əliyeva “Hindistan-Azərbaycan dostluğu ilinin loqosunu qonaqlara təqdim ediblər. Populyar hind yeməklərinin hazırlanma reseptlərinin olduğuHindustani Khana” kitabının ingilis və Azərbaycan dilində nəşrləri qonaqlara paylanılıb.

Festival çərçivəsində Hindistanın milli mətbəxinə məxsus yeməklərin nümayişi ilə yanaşı, qədim və müasir hind rəqsləri, müxtəlif əyləncə və oyunlar da təşkil olunub. Pavilyonlarda rəssamların əsərlərindən ibarət satış-sərgi açılıb. Sərgidə ölkəmizin 25-60 yaş arası rəssamlarının 500-dək müxtəlif mövzulu sənət əsərləri də yer alıb. Əldə olunan vəsaitlər Azərbaycanda xeyriyyə işlərinə sərf olunacaq.

 

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.9.