“Xudafərin” dərgisinin növbəti
sayı işıq üzü görüb
Güney Azərbaycanda türkcə-farsca nəşr olunan "Xudafərin" aylıq elmi-ədəbi, ictimai, mədəni dərgisinin 142-ci sayı işıq üzü görüb. Qeyd edək ki, nəşrin bu il 12 yaşı tamam olur. Bununla bağlı dərginin naşiri və redaktoru Hüseyn Şərqi Dərəcəyin “Xudafərin 12 yaşına girdi” yazısı dərc olunub.
"Xudafərin"in yeni sayında Maarifə Haciyevanın “Marağalı Ovhədinin "Cam-i Cəm" əsərində təsəvvüfün və xəlvətiliyin şərhi”, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Kür çayının yuxarısında yerləşən Kəsəmən kəndi və onun yazıçı oğlu İsmayıl Şıxlı", professor Nizami Xudiyevin “Qədim türk sözləri lüğəti”, Bəhruz Xanəlipur Durmuşxanlının “Xudafərin bölgəsində folklor şeirləri”, Məhəbbət Paşayevanın “Azərbaycanın qədim diyarı Xınalıq”, akademik Teymur Bünyadovun “Dedim ki, yadigar qalsın”, Fərhad Cavadinin “Novruz bayramının kök araşdırması”, professor Qəzənfər Paşayevin “Azərbaycandan gələn dost səsi” məqalələri və başqa müəlliflərin yazıları yer alıb.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 30
sentyabr.- S.12.