Özbəkistan
kitabxanalarına ölkəmizlə bağlı nəşrlər
hədiyyə ediləcək
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2015-ci ildə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kitabxanasına Azərbaycanla bağlı kitab və albomlar hədiyyə edilib. Nəşrlər arasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin tarixi saxtalaşdırma cəhdlərini ifşa edən çap məhsulları da var.
Mərkəzin direktoru Samir Abbasov bildirib ki, dekabrda Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında "Azərbaycan fondu” yaradılıb. Kitab kolleksiyalarının təşkilinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası dəstək göstərib.
Həmçinin Səmərqənd şəhər
Mərkəzi Muzeyi və “Əfrasiab”
Dövlət Tarix Muzeyində "Odlar yurdu - Azərbaycan"
guşəsi də təşkil olunub.
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 15.