Qaranlıqda işıq saçan ən böyük park

 

Dubayda qaranlıqda işıq saçan park açılıb. Dünyada ən böyük belə park “Dubai Garden Glow” adlanır. Bu park DubayınZabeel Park”ında yerləşir ölkənin ən qeyri-adi cəlbedici görməli yerlərindən biri olmağa namizəddir.

Yerli medianın məlumatına görə, işıq saçan sehrli bağın ərsəyə gəlməsində dünyanın hər yerindən 150-dək usta rəssamın zəhməti var.

Parka gələnlər Afrika savannasının işıq installyasiyalarını, Əbu-Dabidə yerləşən böyük şeyx Zayed məscidinin, Bürc-Xəlifə göydələninin kainatın digər möcüzələrinin işıq installyasiyalarını görə biləcəklər. İşıq saçan “Dubai Garden Glow” parkı dünyanın ən böyük parkıdır onun yaradıcıları artıqGinnesin rekordlar kitabı”na müraciət ediblər.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 9.