Mədəniyyət və istirahət
bir arada
Paytaxtın Zirə qəsəbəsində
istifadəyə verilən
mədəniyyət mərkəzi
və eko-park müasirliyin və inkişafın orijinal layihəsidir
Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin
və eko-parkın açılışı olub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış
mərasimində iştirak
ediblər.
Heydər Əliyev Fondunun Bakının Xəzər
rayonunun Zirə qəsəbəsində həyata
keçirdiyi bu layihə son illərdə
ölkədə bu sahədə icra olunan ən orijinal layihələrdən
biridir. Belə bir məkanın
paytaxtdan kənarda yaradılması isə onun əhəmiyyətini daha da artırır.
Belə ki, yerli sakinlər,
xüsusilə də gənclər üçün
cəlbedici olan məkan qəsəbənin
sosial-mədəni inkişafında
mühüm rol oynayacaq.
Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin
ümumi sahəsi 6
min kvadratmetrdir. İkimərtəbəli binanın girişində
ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Qalereyada yaşıllıq sahəsi
salınıb, müxtəlif
növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər
qurulub. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız
dillərinin öyrənilməsi
üçün bütün
dərs vəsaitləri
var. Kabinetdə elektron
lövhə qurulub, hər bir şagird
masası kompüterlərlə
təchiz olunub.
Zirə Mədəniyyət Mərkəzindəki
IDEA resurs mərkəzi
ölkə üzrə
fəaliyyət göstərən
analoji mərkəzlərdən
biridir və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Təşkilatının ideyası
ilə yaradılıb. Burada qlobal
iqlim, flora və fauna dəyişikliyi problemləri,
ekoloji tarazlığın
pozulması ilə bağlı görüşlərin,
dəyirmi masaların
keçirilməsi planlaşdırılır.
Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla
bağlı treninqlər
də keçiriləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi IDEA kampaniyası nəsli kəsilməkdə olan heyvanların xüsusilə
də Qafqaz faunasının beş
növünün populyasiyasının
qorunub saxlanılmasına
və qoruqların mühafizəsinə həsr
olunub.
Mədəniyyət mərkəzində şahmat
sinfi, moda studiyası da var. Studiya avadanlıqlarla təmin olunub. Bura dərzilik
kursu ilə yanaşı, geyimlərin
sifarişi, həm də nümayiş xarakterli bir məkandır.
Muzey formatında
yaradılan Zirə Xalça Muzeyi də burada yerləşir. Muzeydə Azərbaycan xalçaçılıq
məktəbinin nadir nümunələri
qorunur. Xüsusi elektron tanıtım
sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir. Muzeyin nəzdində Xalçaçılıq
Tədris Mərkəzi
də fəaliyyət
göstərir. Burada xalçalarımız
haqqında praktik və nəzəri dərslər keçirilir.
Dərslərin səmərəli keçirilməsi üçün
mərkəz Azərbaycan
xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub. Tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması
üçün rəssamlıq
otağı da yaradılıb. Burada 30-dan artıq
şagirdə xalçaçılığın
sirləri öyrədiləcək.
Perspektivdə xalça fabrikinin
yaradılması nəzərdə
tutulur.
Mərkəzdə 300 nəfərlik 3D kinozalı
da fəaliyyət göstərir. Zalda konsert, musiqili
gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi
də mümkündür.
Mədəniyyət mərkəzində yeni evlənənlər üçün müxtəlif
mərasimlərin və
əyləncələrin təşkili
ilə bağlı imkanlar var. Həmçinin
idman və bədii gimnastika təlimləri üçün
nəzərdə tutulan
gimnastika zalı da yaradılıb. Art-studiya isə
rəngkarlığın sirlərini
öyrənmək istəyən
müxtəlif yaş
qruplarına aid istedadlı
gənclərin cəlb
olunması üçün
nəzərdə tutulub.
Gələcəkdə tanınmış rəssamların ustad dərslərinin təşkili
planlaşdırılır.
Elektron kitabxana
mərkəzləşdirilmiş sistemlə təchiz olunub və üç mindən çox elektron vəsait bazaya yüklənib. Foto-video studiya da
rəqəmsal texnologiyanın
ən son avadanlıqları
ilə təchiz edilib. Mədəniyyət mərkəzində seminar, treninq, iclas, təqdimat və yığıncaqların təşkili
üçün zəruri
avadanlıqla təchiz
olunan 60 nəfərlik
konfrans zalı da var.
Mərkəzin özəlliyini artıran
mühüm amillərdən
biri də burada “Orxideya evi”nin yaradılmasıdır.
Ölkədə ilk dəfə yaradılan
bu məkanda 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin
keçirilməsi üçün
şərait var. Zalın
tərtibatında müxtəlif
ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng
orxideya növlərindən
istifadə olunub.
Mədəniyyət mərkəzi və eko-parkla tanışlıqdan
sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər
rayonunun və Zirə qəsəbəsinin
bir qrup sakini ilə görüşüblər.
Dövlət başçısı əlamətdar
hadisə münasibətilə
sakinləri təbrik edib. Bildirib ki, son vaxtlar
ölkəmizin hər
bir yerində, o cümlədən Bakıda
belə məkanlar, parklar salınır.
Dənizkənarı bulvarın uzunluğu
16 kilometrə çatıb.
Heydər Əliyev Sarayının
arxasında yeni park yaradılıb. Dədə Qorqud
parkı və digər parklar da bu qəbildəndir.
Həmçinin ekoloji layihələr
icra edilir. Böyükşor gölünün bir hissəsi təmizlənib, orada da böyük park salınıb. Heydər
Əliyev Mərkəzinin
qarşısında təqribən
7-8 hektar ərazidə
park yaradılıbdır: “Şadam ki, qəsəbələrdə də
gözəl parklar salınır. Bu imkanlardan
həm qəsəbə
sakinləri, həm də buraya gələn qonaqlar istifadə edəcəklər.
Eyni zamanda xarici qonaqlar gəlib görəcəklər ki,
Azərbaycanda belə
gözəl məkanlar
yaradılır”.
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 8.