Cəlilabadda uşaqlar üçün
"Meşədə şənlik" tamaşası
Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə azyaşlı uşaqlar və məktəblilər üçün "Meşədə şənlik" adlı tamaşa təşkil olunub.
Tamaşada rayon uşaq
incəsənət məktəbinin şagirdləri, 2
saylı körpələr evinin
uşaqları, Kazımabad kənd uşaq
bağçasının fidanları, Mədəniyyət və
İncəsənət Universitetinin tələbələri
və Heydər Əliyev Mərkəzi rəqs dərnəyinin
uşaqları maraqlı nömrələrlə
çıxış ediblər. Uşaqlara
Şaxta baba, Qar qız və tamaşada
iştirak edən nağıl qəhrəmanları
tərəfindən hədiyyələr verilib.
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 8.