ATMU-da Dünya Azərbaycanlılarının
Həmrəylik Günü qeyd olunub
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Rektor Cəfər Cəfərov bu əlamətdar günün əhəmiyyətindən, azərbaycanlıların minilliklər boyu bəşər sivilizasiyasına verdiyi töhfələrdən söz açıb.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar yaşayırlar. Bu tarixi günü dünyadakı bütün soydaşlarımız qeyd edirlər. Sovet rejimi dövründə başqa ölkələrdə məskunlaşan həmvətənlilərimizlə görüşmək, əlaqələr yaratmaq imkanı yox idi. Bu gün isə dünyanın dörd yanında yaşayan azərbaycanlıları bir-birinə bağlayan həmrəylik artıq reallıqdır. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımız üçün əziz bayramdır.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 7.