Hərbçilərə
musiqi sovqatı
Cəfər Cabbarlı adına Sumqayıt şəhər Mədəniyyət evinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının N saylı hərbi hissələrində konsert proqramı ilə çıxış edib. Mədəniyyət evinin solistlərinin ifasında xalq və bəstəkar mahnıları təqdim olunub, “Turan” rəqs qrupunun çıxışı əsgər və zabitlərimiz tərəfindən maraqla qarşılanıb.
Corat qəsəbə Mədəniyyət evinin kollektivi də əsgərlərimizi musiqi töhfəsi ilə sevindirib. Tanınmış xanəndə Təhmiraz Şirinovun və gənc ifaçıların çıxışı əsgər və zabit heyətində böyük ruh yüksəkliyi yaradıb.
“28 May” Mədəniyyət evinin “Ravil” rəqs qrupu və solistləri isə hərbi hospitalda müalicə alan əsgər və zabitlərimizi təbrik edib.
* * *
Qusar rayonu Balaqusar kənd folklor klubunun bədii özfəaliyyət kollektivi bayram münasibətilə rayonda yerləşən hərbi hissədə əsgərlərin qonağı olub. Kollektiv maraqlı və rəngarəng konsert proqramı ilə çıxış edib. Sübhan İsmayılov, Zəminə İbrahimxəlilova və digərlərinin ifasında muğam, xalq mahnıları və vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Hərbi hissənin komandanlığı mədəniyyət işçilərinə təşəkkür edib.
* * *
Füzuli rayonu
ərazisindəki N saylı hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni
il münasibətilə açıq
qapı mərasimi keçirilib. Rəsmi
hissədən sonra Aşağı
Alıxanlı kənd klubunun “Qarabağ” instrumental
ansamblı iştirakçılara musiqi
payı ərməğan edib. Aşıq
Sevinc Goranboylunun və
əsgər Eminin oxuduğu
mahnılar alqışlarla qarşılanıb. Ansamblın rəhbəri,
şair Kərəm Salahoğlu
vətənpərvərlik mövzulu
şeirlərini oxuyub.
Mədəniyyət.- 2016.- 6
yanvar.- S. 7.