Nyu-Yorkda Yeni il və həmrəylik tədbirləri

 

Dekabrın 31-də Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə Yeni ilDünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Nyu-York Azərbaycan Evində baş tutan gecəyə müxtəlif ştatlarda yaşayan həmyerlilərimiz də qatılıblar. Güney Azərbaycandan olan tələbə Əli Almasi tarda "Sarı gəlin" və "Şur təsnifi"ni ifa edib. Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova qonaqları Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Nyu-York Azərbaycanlıları Assosiasiyası da bayram tədbiri təşkil edib. Assosiasiyanın başçısı Ercan Yerdələnli, vitse-prezidenti Zəminə Mirhadıyeva iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbrik ediblər. Tədbirdə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriki oxunub. Gecə Azərbaycan musiqisi və rəqsləri ilə davam edib.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 7.