Balacaların Yeni il sevinci

 

Ağstafa rayon Mərkəzi kitabxanasında 2, 3, 4 və 5 saylı uşaq bağçaları ilə birlikdə Yeni il şənliyi keçirilib. MKS-nin direktoru İ.Namazova, kitabxanaçı L.Məhərrəmova şənlik iştirakçılarını təbrik ediblər.

Sonra söz uşaqlara verilib. Onların ifasında Vətənə, Yeni ilə həsr olunmuş şeirlər səsləndirilib, maraqlı rəqslər, “Turp” və “Tıq-tıq xanım” nağılları əsasında səhnəciklər nümayiş etdirilib. Şənlikdə iştirak edən uşaqlara Şaxta baba tərəfindən hədiyyələr verilib.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 4.