Xavər Vəkilovanın xatirəsi yad edilib

 

Dekabrın 6-da Səməd Vurğunun ev-muzeyində bu mədəniyyət ocağının ilk direktoru, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, böyük şairin ömür-gün yoldaşı Xavər xanım Vəkilovanın (1918-2006) vəfatının 10-cu ildönümü ilə əlaqədar xatirə tədbiri keçirilib. Xavər xanımın qohumları, yaxınları onun məzarını ziyarət ediblər.

Muzeydə təşkil olunan xatirə mərasimində qeyd edilib ki, Xavər Vəkilovanın hələ Səməd Vurğunun sağlığında qoruyub saxladığı materiallar əsasında muzeyin ekspozisiyası xeyli zənginləşib. O, muzeyi böyük şairin həyatını insanlara əyani şəkildə çatdıran müqəddəs bir ocaq kimi qoruyub saxlayırdı. 1975-ci ildən ömrünün sonunadək Səməd Vurğunun ev-muzeyinin direktoru olub.

Xavər Vəkilovanın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2002-ci ildə Əməkdar mədəniyyət işçisi adına, 2003-cü ildə Prezident təqaüdünə layiq görülmüşdü.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 13.