Azərbaycanın
turizm imkanları Nyu-York
sərgisində nümayiş olunur
Mədəniyyət
və Turizm Nazirliyi
respublikamızın turizm
potensialını təbliğ etmək məqsədilə
mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli
stendlə iştirak edir.
Bu məqsədlə 2016-cı ildə
ümumilikdə 18 sərgidə iştirak
nəzərdə tutulub. O cümlədən
14 sərgidə Azərbaycan turizm təmsilçilərinin
bilavasitə nazirliyin təşkilatçılığı
ilə iştirakı planlaşdırılır.
İlin ilk
turizm sərgisi isə yanvarın 8-də
ABŞ-ın Nyu-York şəhərində
işə başlayır. Ənənəvi “The New York Times Travel Show” sərgisi ayın 10-dək
davam edəcək. Sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti
iştirak edir. Heyətə nazirliyin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi
Leyla Verdiyeva, Marketinq sektorunun müdiri Emil Səfərov,
Azərbaycan Konqreslər
Bürosu, “Turizm.az”, “Spektr
travel” şirkətləri və
AZAL-ın təmsilçiləri
daxildir. Sərgidə 24 kvadratmetr sahədə
ölkəmizin turizm imkanlarını əks etdirən stend qurulub.
28-31 yanvar tarixində
isə ölkəmiz İstanbulda keçiriləcək
“EMİTT East Mediterranean Tourism and Travel Exhibition” sərgisində təmsil olunacaq.
Bundan əlavə, bu il nazirliyin
həmtəşkilatçılığı
ilə 4 sərgidə
iştirak nəzərdə
tutulub.
Almaniyanın Frankfurt şəhərində keçiriləcək
“İMEX” sərgisində (aprel)
yalnız Azərbaycan
Konqreslər Bürosuna
üzv olan şirkət və mehmanxanalar iştirak edə bilər. Sözügedən sərgidə iştirak etmək istəyən şirkətlər bilavasitə
Azərbaycan Konqreslər
Bürosuna müraciət
edə bilər.
“KIHE” (Almatı, may),
"İMTEC" (Dubay, okyabr)
və “Travel Turkey” (İzmir,
dekabr) sərgilərinə
isə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinə üzv olan şirkət və mehmanxanalar qatıla bilərlər.
Qeyd edək
ki, 2015-ci ildə nazirlik tərəfindən
16 beynəlxalq turizm sərgisində ölkəmizin
milli stendi qurulub. Sərgilərdə nazirliklə yanaşı
20-dən artıq şirkət
də iştirak edib. Bundan əlavə, Mədəniyyət
və Turizm Nazirliyinin həmtəşkilatçılığı
ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən
bir sıra beynəlxalq sərgilərdə
də iştirak təmin edilib. Turizm imkanlarımız İstanbul,
Berlin, Moskva, Dubay,
Madrid, Nyu-York, Tokio,
London, Paris və digər
şəhərlərdə keçirilən sərgilərdə
nümayiş olunub.
Fariz
Mədəniyyət.- 2016.- 8
yanvar.- S. 9.