Qobustan” jurnalının yeni sayında

 

Azərbaycan Yazıçılar Birliyinin orqanı olanQobustan” sənət toplusunun 2015-ci ilin sonuncu, dördüncü nömrəsi çapdan çıxıb. Toplunun bu sayında türk dünyasının müdriki Mövlana haqqında yazı, yazıçı-publisist Esmira Nəzərlinin Xalq artisti Nuriyyə Əhmədova haqqında “Yazılmayan məktub”u, “Yurd yeri” rubrikasında isə Ramilə Qurbanlının “Cəbrayıl hekayətləri” yer alıb.

Nəşrin bu nömrəsində mərhum şair Ələkbər Salahzadə adına poeziya müsabiqəsi qaliblərinin şeirləri də dərc edilib. Stiven Kinnqin “Yazı sənəti” əsəri ingiliscədən Kazım Səlimovun tərcüməsində təqdim olunur.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 6.