Akademik Milli Dram Teatrına
yeni direktor təyin olunub
Azərbaycan teatr rejissorluğu
sənətində öz
dəst-xətti ilə
tanınan Xalq artisti Azər Paşa Nemət kollektivə rəhbərlik
edəcək
Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının
qərarına əsasən,
nazir Əbülfəs
Qarayevin 5 yanvar
2016-cı il tarixli müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, Xalq artisti, professor Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin
olunub. Teatrın direktor müavini
Natiq Güləhmədov
isə sərəncamçı
direktor vəzifəsinə
təyin edilib.
Yanvarın 6-da Akademik Milli Dram Teatrında mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri kollektivə təqdim etdi.
Tədbirdə çıxış edən
nazir müavini ölkəmizdə teatr sahəsində görülən
işlərdən danışdı,
Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini
bildirdi. Qeyd olundu ki, dövlət
başçısı 2006-cı ildə imzaladığı
“Teatr və teatr fəaliyyəti haqqında qanun”, 2007-ci ildə imzalanan “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, eləcə
də “Azərbaycan teatrı 2009-2019-cu illər
Dövlət Proqramı”
Mədəniyyət və
Turizm Nazirliyi qarşısında Azərbaycan
milli teatr sənətinin inkişafı
ilə əlaqədar
həyata keçirilməsi
nəzərdə tutulan
işlərə, tədbirlərə
təkan verib.
Yeni il münasibətilə
kollektivi təbrik edən Ə.Vəliyev bugünlərdə dövlət
başçısının sərəncamı ilə
fəxri adlara layiq görülən teatrın əməkdaşlarına
yaradıcılıq uğurları
arzuladı. Xalq artisti Rafael Dadaşovun
70 illik yubileyinin dövlət tərəfindən
aktyorun sənətinə,
yaradıcılığına layiq şəkildə qeyd ediləcəyi də diqqətə çatdırıldı.
Xalq artisti Azər Paşa Nemətin Azərbaycan teatr rejissorluğu sənətində
öz dəst-xətti
olduğunu vurğulayan
Ə.Vəliyev onun bu sənət məbədində quruluş
verdiyi tamaşalardan söz açdı, kollektivə yad adam olmadığını
qeyd etdi.
143 yaşlı Azərbaycan
peşəkar teatrının
son on ildə keçdiyi
yola nəzər salan nazir müavini
bu dövrdə teatr binalarının təmirindən, maddi-texniki
bazasının möhkəmlənməsindən
söz açdı. Qeyd olundu ki, Akademik
Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı,
Dövlət Rus Dram Teatrı, Musiqili Teatr, Dövlət Kukla Teatrı, Mingəçevir, Ağdam,
Füzuli, Şəki
teatrları əsaslı
şəkildə təmir
olunub, dünya standartları səviyyəsində
texniki avadanlıqlarla
təchiz edilib. 40 ildən artıq
çətin şəraitdə
fəaliyyət göstərən
Sumqayıt teatrına
hüquqi status və bina verilib. Hazırda orada əsaslı təmir işləri aparılır. 1988-ci ildən
qaçqınlıq həyatı
yaşayan İrəvan
və Şuşa
teatrlarına Bakı şəhərində binalar
ayrılıb. Yuğ və
Pantomima teatrları da binalarla təmin
olunub. Bir sıra teatrlar
aparıcı statusa layiq görülüb, işçilərin əməkhaqları
artırılıb. 13
teatrın nəzdində
teatr studiyaları yaradılıb. Bu studiyalarda
çalışan insanlar
da dövlətdən
əməkhaqqı almaq
hüququ qazanıblar:
“Əsas məqsədimiz
o idi ki, regionlarda olan istedadlı gənclərin
bu və ya digər səbəbdən
teatr təhsili almaq imkanları olmadığı üçün
onlara şərait yarada bilək”.
Ə.Vəliyev teatrların mütəmadi
olaraq xaricə qastrol səfərlərinin
həyata keçirildiyini
diqqətə çatdırdı,
teatr kollektivlərinin
ABŞ, Fransa, Almaniya,
Sloveniya, Moldova, Gürcüstan
və digər ölkələrdə çıxış
etdikləri bildirildi. Qeyd olundu ki,
Akademik Milli Dram Teatrı 9 il
ərzində 25 xarici
səfərdə olub.
Eyni zamanda xaricdən də 29 nəfər rejissor, baletmeyster, rəssam və digər sənətçilər
gələrək teatrlarımızda
ustad dərsləri keçib, tamaşalar hazırlayıblar. Son 10 il ərzində 26 dövlət teatrında
853 tamaşa hazırlanıb.
Tamaşalardan 173-ü dövlət sifarişi ilə səhnələşdirilib. 27 tamaşa isə
Milli Dram Teatrının
payına düşüb.
Ümumilikdə son 10 ildə teatrda
78 tamaşa hazırlanıb.
Bunlar hamısı dövlətin
teatrlara göstərdiyi
diqqət və qayğının nəticəsidir.
Azərbaycan teatrlarında çalışan
texniki heyətdən
33 nəfər xaricdə
ixtisasartırma stajı
keçib. Bu müddət
ərzində ayrılmış
vəsait hesabına
15 teatra 28 yeni nəqliyyat vasitəsi verilib. Onlardan 3-ü Milli Dram Teatrına
verilib. Bütün teatrlara yüksək
keyfiyyətli, xarici ölkələrdən gətirilmiş
qrim ləvazimatları,
səhnə üçün
standart geyimlər paylanılıb. 23 teatr üçün eyniölçülü, eyni
standartlı səhnə
dəzgahları hazırlanıb.
Nazir müavini
həmçinin diqqətə
çatdırdı ki,
son illərdə dövlət
rəhbərinin sərəncamı
ilə teatr sahəsində çalışan
130 əməkdaş Prezidentin
birillik təqaüdünə
layiq görülüb. Hazırda Akademik
Milli Dram Teatrının
21 nəfər əməkdaşı
bu təqaüdü alır. Ümumiyyətlə, son 10 ildə 194 nəfər bu mükafatdan yararlanıb.
Burada çalışan
insanlardan 73 nəfəri
ömürlük Prezident
təqaüdü alan şəxslərdir.
Bu müddət ərzində 647 nəfər
müxtəlif fəxri
adlara layiq görülüb. Onların içərisində
Milli Dram Teatrının
əməkdaşları digərlərindən
çoxdur.
Ölkə ərazisində il ərzində 1 milyona yaxın tamaşaçıya xidmət
göstərilir. Buraya 60-70 faiz
axşam tamaşaları,
25-35 faiz isə gündüz tamaşaları
daxildir. Ancaq bəzi
hallarda bu balans teatrlar tərəfindən pozulur.
Dramaturqlarımızın əsərlərinin xarici
ölkələrdə səhnəyə
qoyulduğunu, rejissorların
xaricdə tamaşalar
hazırladığını qeyd edən nazir müavini bunu Azərbaycan teatrının uğuru kimi dəyərləndirdi. Paytaxtla yanaşı,
bölgə teatrlarının
da yüksəliş dövrünü yaşadığını
vurğuladı. Teatrlarda repertuar
problemi, aktyor seçimi və digər məsələlərə
toxunan Ə.Vəliyev
Milli Dram Teatrının
kollektivinə bundan sonrakı fəaliyyətində
yeni yaradıcılıq
uğurlar arzuladı.
Xalq artisti, professor Azər Paşa Nemət ona göstərilən etimada
görə təşəkkürünü
bildirdi.
Qeyd edək
ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovla bağlanan müqavilənin müddəti
yanvar ayının 5-də
başa çatıb.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 8
yanvar.- S. 5.