Xalq şairinin yeni kitabı çap olunub

Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub 2016-cı ilin ilk günlərində “Elm və təhsil” nəşriyyatında işiq üzü görən “Məni sabahıma qovuşdur, ana” adlı kitabi ilə oxucuların görüşünə gəlib.

Topluya şairin indiyədək heç bir kitabına daxil edilməyən şeirləri, “Çanaqqala dastanı” və “Şuşada balam qaldı” poemaları və bir neçə hekayəsi daxil edilib.

Zəlimxan Yaqubun yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur. ŞairŞuşada balam qaldı” poemasını 10 yaşlı övladı Şuşada erməni gülləsinə tuş gələn bir oxucunun ona ünvanladığı məktubdan təsirlənərək yazıb.

Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 4.