Ölkəmizin xristian icmaları Milad bayramını qeyd ediblər

 

Yanvarın 7-si bütün dünyada pravoslav xristianları tərəfindən İsa peyğəmbərin mövludu günü - Milad bayramı qeyd olunub.

Bakıda yaşayan pravoslavlar Milad bayramını qeyd ediblər. Paytaxtdakı kilsələrdə bayram ayinləri yerinə yetirilib. İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan hər il Azərbaycanda da qeyd edilən Milad bayramının əsas qayəsi sevgi, sülh, bağışlamaqdır.

Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində bildirilir ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası mədəniyyətlərarası dialoq məkanı kimi tanınan ölkəmizdə tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar etnik icmalar ümumi Vətən sevgisi, həmrəylik nümayiş etdiriblər. Bu gün cəmiyyətimizin ayrılmaz üzvləri olan xristian etiqadlı həmvətənlərimiz millətlərarası dinlərarası münasibətlərə öz layiqli töhfələrini verərək ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edirlər.

* * *

Milad bayramı Xaçmazda yerləşənMüqəddəs möcüzəvi Nikolaypravoslav kilsəsində qeyd olunub. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər həyata keçirib, dualar oxuyublar.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.

 

* * *

Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udinlər bu günü qeyd ediblər. Qəsəbədə yaşayan udinlər yanvarın 7-də “Cotarialban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar. Tədbirdə alban-udin icmasının rəhbəri, kilsənin keşişi icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət qayğısından danışıblar.

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, NicdəkiCotarialban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlıq mühitinə gözəl nümunə kimi qeyd ediblər. Məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə 2 məscid var. 6 min nəfər əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udin yaşayır ki, onların 300-ü Oğuz Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Qeyd edilib ki, sovet hakimiyyəti illərində udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra udinlər bayramlarını hər il qeyd edirlər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi, 2002-ci ildəCotariməbədi əsaslı təmir-bərpa olunaraq istifadəyə verilib. Bir sözlə, müsəlman xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 4.