Özbəkistan saytında Qarabağ münaqişəsi haqqında məqalə

 

Özbəkistanın “Sharh.uz” portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yayılıb.

Özbək dilində yayılan məqalədə münaqişənin yaranma tarixi haqqında məlumat verilir, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi diqqətə çatdırılır. Münaqişənin dinc yolla həlli istiqamətində danışıqların davam etdirildiyi bildirilir.

Yazıda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunduğu, lakin bu sənədlərə Ermənistanın məhəl qoymadığı vurğulanır. Məqalədə ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətinin indiyədək heç bir nəticə vermədiyi qeyd edilir.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 3.