Türkiyə Azərbaycana qarşı viza rejimi tətbiq etməyəcək

 

Türkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Qeyd edək ki, bu barədə Türkiyə mediasında xəbərlər yayılıb. Xəbərlərə görə, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.

Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat həqiqəti əks etdirmir və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 3.