Azərbaycan xalçaları Dubay incəsənət sərgisində

 

Dekabrın 30-da “Dubay Xalça və İncəsənət Vahəsi” sərgisinin açılışı olub. “World Trade Center”də təşkil olunan sərgidə Azərbaycan xalçaları üçünxüsusi guşə yaradılıb. Azərbaycanın DubayŞimal əmirliklərindəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə “Azər-İlmə” Xalçaçılıq Mərkəzi sərgidə ölkəmizi təmsil edir.

Xalça sərgisi, eyni zamanda “Dubai Shopping Festival” kompaniyası çərçivəsində təşkil olunub. Bu səbəbdən dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı turistlərin sərgiyə böyük maraq göstərəcəkləri şübhə doğurmur.

Kütləvi informasiya vasitələrində mütəmadi olaraq xalça sərgisi haqqında məqalələr yerləşdirilir, Dubaya gələn turistlər sərgiyə maraq göstərirlər.

“Gulf News” qəzetindəDubay Xalça İncəsənət Vahəsi”ndə Azərbaycan xalçaları haqqında məqalə dərc olunub. Məqalədə bu il ilk dəfə olaraq sərgidə Azərbaycan xalçalarının da nümayiş olunduğu qeyd edilib.

Azərbaycanın Dubay Şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə yerli jurnalistlərə sərgi, Dubay-Azərbaycan ikitərəfli münasibətləri haqqında müsahibə verib.

Sərgi yanvarın 15-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 16.