Muzey nadir qızıl və gümüş zinət əşyaları əldə edib

 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi qiymətli metal nümunələri ilə zənginləşir. Muzey nadir qızıl və gümüş boyunbağılar əldə edib.

Muzeydən bildiriblər ki, XIX əsrə aid, “çəçik” adlanan qızıl boyunbağının çəkisi 41,4 qramdır. Beşcərgəli çəçiyin hər cərgəsində 16 ədəd müxtəlif formalı asmalar var. XIX əsrin sonuna aid qızıl boyunbağı qırmızı və qara muncuqlu arpa formalar, nəbati naxışlı yumru lövhə - “babaxanı”dan ibarətdir. Mərkəzində qırmızıqaşlı nəbati təsvirli medalyon var. Çəkisi 24,7 qramdır.

XX əsrə məxsus olan üçüncü qızıl boyunbağı 31 ədəd yumru qızıl muncuqdan ibarətdir, mərkəzində 1 ədəd 1890-cı il Avstriya imperiyasına aid sikkə - medalyon var. Bu boyunbağıya 16,1 qram qızıl işlənib.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 15.