Milli Qəhrəman Salatın Əsgərovanın xatirəsi yad edilib

 

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) və fransızdilli "Yol qovşağı" (Le Carrefour) qəzetinin bir qrup əməkdaşı yanvarın 9-da Şəhidlər xiyabanına gələrək jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın məzarını ziyarət ediblər.

AJQA-nın prezidenti Sevil Yusifova, fransızdilli "Yol qovşağı" qəzetinin təsisçisi və baş redaktoru Zeynəb Kazımova, şair-publisist Z.D.Qayalı, “Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı, “Salatın Əsgərova mükafatı”na layiq görülmüş jurnalist Əntiqə Qonaq və başqaları mərhum jurnalistin həyat yolundan söz açıblar.

Qeyd olunub ki, "Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olan Salatın Əsgərova cəbhə bölgələrinə səfərləri zamanı operativobyektiv xəbərləri, Azərbaycan, Qarabağ həqiqətlərini dünyaya yayıb. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 14.