“...Mənim tacım, taxtım oy!”

 

Vətənimizi bu sayaq şimşək misralarla yad edirdi Almas İldırım!..

 

Onu universitetdən yarımçıq “qovmuş”, səsini “almış”, neçə-neçə şeirini, kitabını sandıqda və ya nəşriyyatlarda dustaq, özünü iki kərə sürgün, İran-Turan yollarında əsir, gizli getdiyi karvanlarda yesir, qərib ellər kasıbçılıqlarında “bir həsir, bir Məmmədnəsir “etmiş” Azərbaycanı!..

 

Bütün bunlardan sonra o, heç də və ya o qədər də qərib olmayan bir ölkədə “...ölməyə Vətən yaxşı” bayatı-manifestli məmləkətinə xitabən yazırdı:

 

Nərdə məni gül qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə, lay-lay balam, çağıran,

Azərbaycan, mənim bəxtsiz anam, oy!

Neçə ildir həsrətinlə yanam, oy!.

 

Azərbaycanın mühacir siyasətçiləri, qərib sənətkarları az olmayıb. Amma Almas İldırımzadə kimisi az olub. Bu şair çoxları kimi tək elə sözün, incə hislərin, obrazların deyil, Vətən azadlığının, vətəndaş üçün hər nəsnədən üstün milli istiqlal arzu-istəklərinin carçısı olub.

Gələcəyin bu böyük istiqlal şairi hələ 18-20 yaşlarında ikən öz milli kimliyini dərk edir, milli mənliyini təsdiq sübut etməyə çalışır. Bu onun bütün hərəkət düşüncələrində, qol iz qoyduğu işlərdə hiss edilirdi. O bunuailə quruculuğu”nda da sübut edib; 25 yaşında ikən (1932-ci ildə) yaxın ətrafının narahatlıq narazılıqlarına baxmayaraq, Şamaxıdan sürgün edilmiş (əslən Güney Azərbaycandan olan) bir ailənin qızı ilə evlənir. yaxud, “hər üç misrasından biri antisovettəhdidlərilə Aşqabada sürgün edilmiş bu adamın azadlıq mövzulu şeirləri elə ilk aylarda əldən-ələ gəzir. Burada dasovet ideologiyasına zərərlihesab edilən Almas İldırım təqib təhriklərdən bezir 1933-cü il iyunun 19-da “xalq düşməniqızı Zivər xanımla üç aylıq körpəsi Azəri götürüb karvanla yola çıxır. Doğma qərib sürgün ellərində çoxların şəxsi-ictimai suallarını cavablandırmış ( hələ çox cavablandırası) bu ziyalı-şair məşəqqətlərlə doluməxfi karvan səfəri”ndəqəribəbir sual üstə köklənir onu nəzmə çəkir:

 

Bilmirəm, yurdunu sevən bir şair

Neyçün cani kimi daim izlənir?..

 

Təbii, Almas İldırım hələ elə o yaşında da bu sualın cavabını o karvandakıların hamısından ümumbəşəri dünya karvanındakıların çoxusundan yaxşı bilirdi. Amma, görünür, cavabını bildiyin bəzi suallar da var ki, onları bu dünyanın vicdanına verməsən, olmur...

Almas İldırımın həyatı yaradıcılığı... Bunlarıəkizlər adlandırmaq olar. Əgər bu mümkündürsə, mən birincini - yəni onun həyatınıqardaşadlandırardım, ikincini - yaradıcılığınıbacı”. Niyə? Ona görə ki, onun yaşadığı məşəqqət-məhrumiyyətlərə bu qədər dözüm, əsla bacılıq deyil! Amma bu dözülməz həyat, araşdırıcılarının da bəyan etdikləri kimi, bu mübariz şairin dilindən heç vaxt Vətən çağrılı, yurd ağrılı məşhuroy!” hiss-həyəcanı qopara bilməyib.

 

O Vətən, o yurd...

 

O Vətənin Azərbaycan olduğu hamıya bəlli, yurd isə 1907-ci il martın 25-də doğulduğu Qala kəndi. O, 13 yaşında olanda, sonralar heç zaman barışmayacağı sovet hakimiyyəti, insanlıqdan başqa əllərindən hər şey gələn bolşeviklər Bakını, Qalanı, bütün Azərbaycanı tutdular. Ardınca bu Vətənin say-seçmə insanlarının, milli duyğularının, düşüncələrinin işğalına başladılar. Almas İldırım isə bəy nəslinə mənsubluğu bir yana, milli ruhlu əsərlərilə qılınca çapdı tezliklə totalitar rejimin həyata keçirdiyi müxtəlif cəza tədbirlərinin hədəfinə çevrildi. Əvvəlcə Azərbaycan Dövlət Universitetindən (Şərq ədəbiyyatı fakültəsi) xaric edildi. Şeirlərində ifadə etdiyibəzi məsələlər”ə - sovet sərhədlərini aşıb keçən bəşəri fikirlərə, Azərbaycan coğrafiyalı milli ismarıclara görə Dağıstana sürgün edilir. Lakin orada da dilini, qələmini dinc qoyur; “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Günah kimdədir?” kiminadinc şeirləryazır. 1930-cu ildəbir qədər yaddan çıxmışhesab olunduğu Bakıya qayıdır. Lakin burada nəşr etdirmək istədiyiDağlar səslənərkənşeirlər məcmuəsi onu yenidən dilə-dişə salır. Senzuradan keçməyən bu məcmuə şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına da səbəb olur. Üstəlik, yenidən sürgün! Bu dəfə daha uzağa - Türkmənistana...

...Türkmənistanauzaqdedim. Amma məncə, bu söz qərib şairimizin ruhunca olmaz. Nədən ki, doğma türk ellərindən biri idi ora. Elə Dağıstanın özü doğma! Görəsən, onun məhz həmin ünvanlara sürgün edilməsi qansız taxt-tac sahiblərinin siyasi-etnik səriştəsizliyindəndimi, ya Almasın bəxtindənmi?

Almas bir müddət Türkmənistanda məktəb direktoru işləyir, yerli əhalinin doğması kimi tanınır, şəxsi keyfiyyətlərilə Azərbaycan xalqı barədə gözəl fikirlər oyadır. Lakin növbəti bir azərbaycanlının oraya gəlişinə, daha doğrusu, göndərilişinə qədər. Belə ki, Aşqabada göndərilən Ələkbər Ruhi adlı bir “QPU” agenti oradakı müşahidələrilə belə nəticəyə gəlir: “Almas İldırım ideolojimiz üçün zərərli bir insandır...”

Başıbəlalı şair bundan xəbər tutcaq, Türkmənistanda qalmağın çox çətin olacağını kəsdirir yuxarıda dediyimiz tarixçədə ailəsilə birgə, İrana doğru gedən bir qaçaqmalçı dəvə karvanına qoşulur.

Sərhədçi gömrükçülərin gözlərinə görünməməkçün çətin aşırım-sıldırımlar keçib İran torpağına çatan Almas İldırım dərhal həbs olunur. Bir aya qədər dustaq qalan şairi bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq su içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Həbsdən azad edilən şair Məşhəd şəhərinə göndərilir, ürəyincə tapa bilmədiyindən, çox yoxsul, acınacaqlı həyat sürür. Bu məhrumiyyətlərə dözə bilməyən Almas İldırım Türkiyəyə getməli olur. 1934-cü ildə o, Türkiyə vətəndaşlığına qəbul edilir, bir müddət katiblik, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün son 11-12 ilini isəbucaq müdirliyi” (qəsəbə bələdiyyəsində) işlərində çalışır. 1952-ci ilin 14 yanvarında məlumİran yadigarı”ndan - böyrək xəstəliyindən vəfat edir...

Bütün bu çətinliklər, ağrı-acılarla bərabər, bu şair -

 

Öz ölümsüzlüyünü yaradırdı

 

Yorulmadan yazır, böyük milli gələcəkdən danışır, milli istiqlal ümidi ilə yaşayırdı, Azər, Araz, Orxan, Bakıxan adlı dörd oğul böyüdürdü. Türkiyədə keçən 17 illik həyatında qəzet-jurnallarda milli səs-nəfəsli şeirlər, “Boğulmayan səs”, “Azərbaycan mahnılarıadlı kitablar nəşr etdirir, milliyətçi-istiqlalçı şair kimi tanınırdı. Daha çox yaşadığı, Türkiyənin hər yerindən daha artıq sevdiyi Elazığda isə bu adamı el ağsaqqalı kimi qəbul edirdilər. Əvvəl müəllim, sonra nahiyə müdiri işlədiyi Elazığın bütün bölgələrində ümumən təhsillə bağlı böyük işlər görür, məktəblər açırdı...

Amma bütün iş-gücünün, dür-düşüncələrinin başında doğma Vətən, Vətən, Vətən! Hələ Türkiyəyə gedəndə yazırdı ki;

 

qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam;

Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.

Zənn etmə ki, yoxsulam, Kürlüyəm, Arazlıyam,

Bakıdan ayrılalı yaxın zamandır, Gölcük...

 

Yazımın sonunda bu bəndi elə-belədən xatırlatmıram; bu şair Elazığda tez-tez adsız bir gölün sahilinə gedib, o göl ilə dərdləşərmiş. Bir gün Atatürkə məktub yazır ki, qürbətdə böyük bir Xəzərim var... İzn verin, adı olmayan bu göləXəzəradı verim...

Böyük Atatürk bu kiçicik göllə bağlı bubalacaxahişi qəbul edir o zamandan o gölcük Xəzər adlanır...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 13.