Hüseyn Şərifin “Xatirələr”i işıq üzü görüb

 

“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən yazıçı-tərcüməçi Hüseyn Şərifin “Xatirələr” kitabı işıq üzü görüb.

Nəşriyyatdan bildirilib ki, kitabda müəllifin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Səməd Vurğun, Nazim Hikmət və Rəsul Rza ilə bağlı xatirələri toplanılıb. Həmçinin Hüseyn Şərif kitabda görkəmli şəxslərlə olan dostluq tarixçəsindən söhbət açaraq, maraqlı məqamları oxucularla bölüşüb.

Hüseyn Şərif 1909-cu ildə Tiflisdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxuyub. Şükufəadlı ilk hekayəsi bu dövrdə Tiflisdə çıxan “Dan ulduzujurnalında dərc olunub.

O, Aleksandr RadişşevinPeterburqdan Moskvaya səyahət”, İvan QonçarovunOblomov”, İvan BunininPovest hekayələri”ni, Fyodor Dostoyevskininİdiot rus yazıçılarının əsərlərini dilimizə tərcümə edib.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 13.